Şəfəqə Doğru » Manşet » Daş Salahlı kəndi qazdan korluq çəkir.

Daş Salahlı kəndi qazdan korluq çəkir.

Daş Salahlı kəndi qazdan korluq çəkir.


                                                      Qaz bahalaşa da yoxa çıxib.


 
 
 
 
 
 

 

Qışın gəlişi ,soyuqların başlamasilə əjaqədər ,onsuzda problemləri başdan aşan Qazax rayon Daş Salahlı kəndi hər ildə olduğu kimi,yenədə qazdan korluq çəkir. Dəfələrlə rayon rəhbərliyinə şikayət və müraciətlər etmələrinə rəğmən, hər dəfə də, yaxın günlərdə bu problemin çözüləcəyinə söz versələr də, işdə birnəticə olunmayıb iki min beş yüz civarında abonenti olan, Daş Salahlı kənd caamatı vaxtlı -vaxtında ödənişlərini ödəsələr də,qazınzəif təminatı kənd caamatının haqlı narazılığına səbəb olur.Və bu problemin çözülməsində kənd caamatı rayon rəhbərliyini  yaxudda ,Şəmkir regional qaz istismar idarəsinin rəhbərliyini qınamaq istəmir.Çünki,onlar bu problemin çözülməsində acizdilər.Ona görə ki,kəndə qaz çəkilişi üçün ,lahiyyə tutularkən, həmin layihədə o böyüklükdə kəndə 100 dm-lik boru ilə çəkilməsi lahiyələşdirilib,və elə də çəkiliş aparılıb.Üstəgəl  sovetlər dönəmində uzaq kəndlərə gedən 500dn-lik magistiral borudan kəndin əks təırəfindən 2 kmyuz əlli dv-lik boru xətti il əlavə qidalandırıcı  giriş xətti  verilmişdir. Yəni bu mütəxəsslərin özünün dediyinə görə, "kalisevoy”adlandrılır ki,buda əlavə qidalandırıcı çəkilmişdi .Həmin xətdin hesabına da,  bütün evlər qazla yüksək səviyyədə təmin olunurdu.Qazlın olmadığı müddətdə həmin borular Qazax qaz istismar idarəsi tərəfindən hı 2 kilometirlik xətt sökülərək satıldı.Təzə çəkilmiş, lahiyədə isə,adı çəkilən qidalandırıcı xəıtt nəzərdə tutulmayıb. Mütəxəsislərin dediyinə görə ona görə də,”kalisavoy "olmamsı ucbatından iki min beş yüz abanenti olan Daş Salahlı kəndi bir tərəfdən gələn 100 dm –lik boru ilə təmin oluna bilmir.Bizdə olan məlumata görə, Qazax rayon rəhbərliyi  və yerli Şəmkir RQİ idarəsinin Qazax xidmət sahəsi tərəfindən neft şirkəti  rəhbərliyinə müraciət olunub . Lakin məsələ hələdə həllini tapa bilmir.Daş Salahlı kənd caamatı haqlı olaraq,900 abanenti olan Kosalar kəndinə və 1700 civarında abanenti olan Çaylı kəndinə qibtə edir. Çünki,həmin kəndlərə yüz əllilik boruyla və bir neçə tərəfdən qidalandlrıcı xətt vasitəsi ilə qazla təmin olunur.Odur ki, əli hər yerdən üzülən kənd caamatı  qəzetimiz vasitəsi ilə bu məsələnin çözülməsi üçün içtimailəışdirilməsini redaksiyamızdan  xahiş edir. Daş Salahlı kənd caamatının  cənab Rövnəq Abdullayevdən yeganə istəyi iki km –lik qidalandırıcı xətdin yenidən qoşulmasıdır. Ümidvarıq ki,hətda qonşu ölkəni yüksək səviyyədə qazla təmin edən neft şirkəti rəhbərliyi 2500 abonenti olan Daş Salahlı kəndinin qazla təmin olunmasına yardımçı olacaq.

                          Neymət Novruzlu