Göygölün icra başçısının qəbuluna düşmək çox müşkül məsələdir. Hətta müəyyən yollarla Arif Seyidovun qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar. Hər şeyin nə zamansa bir sonu olduğuna inanan rayon əhli səslərinini çıxartmadan acı taleləri ilə barışırlar.
Onu da deyək ki, ümumi sahəsi 12 min hektar olan Göygöl meşələrində son bir neçə ildə aparılan amansız qırğınlar nəticəsində ərazinin təxminən 40 faizi məhv edilib. Vaxtilə bölgənin əhəmiyyətli turizm məkanlarından olan Hacıkənddə qəsəbə ətrafı meşələrin 70 faizi qırılıb.
Başqa bir fakta nəzər salaq: "Göygöl rayonunun icra başçısı Arif Seyidov məndən 10 min manat pul istədi. Pulum olmadı verməyə, torpağı başqa adama satdı. Anam, yoldaşım, qaynanamın hamısının yanında məni söydü" - Göygöl rayonunu Hacıməlik qəsəbəsindən Muraz kəndli fermer təsərrüfatının müdiri Mahir Tağıyev mediaya danışıb.
Xatırladaq ki, zamanında dia.az isə yazmışdı ki, Göygöl rayonuna rəhbərlik edən Arif Seyidovun diplomu saxtadır. Belə ki, xəbəri verən qaynaq Göygölün icra başçısının ikinci ali təhsilinin saxta olduğunu iddia edir:
"Azərbaycan kənd təsərrüfatı institutunun iqtisadiyyatını bitirən Arif Seyidov sonradan saxta yolla Gürcüstan Dövlət Aqrar Universitetinin hüquq fakultəsinin diplomunu əldə edib.
Əslində icra başçısı ola bilməsi üçün ona elə bir ali təhsili yetərli idi. Amma nədənsə Arif Seyidov «hüquqşünas» kimi də tanınmaq istəyib və o, həmin diplomu zamanında 15 min ABŞ dollarına satın alıb”.