Şəfəqə Doğru » Manşet » MÜƏLLİM ŞAGİRDLƏRİ DÖYƏRƏK PUL TƏLƏB EDİB – BƏRDƏDƏ DƏHŞƏTLİ OLAY

MÜƏLLİM ŞAGİRDLƏRİ DÖYƏRƏK PUL TƏLƏB EDİB – BƏRDƏDƏ DƏHŞƏTLİ OLAY

MÜƏLLİM ŞAGİRDLƏRİ DÖYƏRƏK PUL TƏLƏB EDİB – BƏRDƏDƏ DƏHŞƏTLİ OLAY

Bərdə rayon Elxan Zeynalov adna Hacallı kənd orta məktəbində ibitdai sinif müəlliminin III sinif şagirdlərini döyərək onların valideynlərinə pul göndərməsi üçün məktub yazdığı iddia olunur.

Bu barədə Cebhe.info-nun bölgə müxbirinə yerli sakinlər məlumat verib. Məlumatda kənd məktəbində sinif müəlliminin dərs keçdiyi 3-cü sinif şagirdlərini döyərək onların valideynlərindən pul tələb etdiyi bildirilir. Həmçinin müəllimin son "qurbanı” olan qızın xəsarət aldığı və onun çantasında valideynə pul verməsi barədə məktub tapıldığı deyilir.

Artıq dəflərlə belə halla rastlaşan sakinlər Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat veriblər. Əməkdaşımız məsələ ilə bağılı Bərdə Rayon Təhsil şöbəsi ilə əlaqə saxlayıb. Şöbə rəsmiləri məsələdən xəbərsiz olduğunu bildirib. Məsələni diqqətdə saxlayacağıq.

Shaqfaqadogru.com Cebhe.infoya istinadən bildirir.