"Üzən məzənnəyə keçmək asan deyil, bunu başa düşmək lazımdır. Bunun yolları var və Rusiya, Qazaxıstan kimi ölkələr bu yolu gedir. Xalq özü də hazır olmalıdır. Amma yenə deyirəm, bizim başqa yolumuz yoxdur. Biz manatı sərbəst buraxmalıyıq. Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar. Düşünürəm ki, gələn il manat üzən məzənnəyə keçəcək və uzağı ikinci kvartalda manat bir yerdə duracaq və real məzənnəsini tapacaq.
Bazara külli miqdarda pul buraxmaq olmaz. Parlamentdə çıxışımdan sonra cənab prezidentin göstərişi ilə bank rəhbərləri tutuldu, qara bazarda insanlar böyük pullarla yaxalandılar. Medaiaya inansaq, məmurlardan biri 100 milyon dolları xaricə çıxarıb. Necə çıxarıb, necə baş verib ki, biz qanunda göstəriləndən artıq pul çıxara bilmirik, o isə 100 milyon dolları çıxarda bilib. Ona görə də xalqın üzərinə də iş düşür. Xalqda bir vətənpərvərlik, təpər olmalıdır”.