Təəccüblüdür, Qazax Telekommunikasiya Qovşağında baş alıb-gedən saxtakarlıqdan, işçilərin əməyinin istismar olunmasından Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ərizə ünvanılamışam. Çünki telefon kabellərinin küçə ağaclarına, elektrik dirəklərinə bağlanmasına Nizaməddin Məmmədov belə cavab verirdi: "Onu gedin nazirdən soruşun. Pul versinlər düzəldim”. Amma elə deyil, zamanında vəsait ayrılıb və ayrılır. Sadəcə Qazax TKQ-nin rəisi Nizaməddin Məmmədov mənimsəyib. Asfalt yollarından ötürülən kabellərin payalarla ötürülməsi nəticəsində qəzalar baş verib. Kabellərə ilişən yük maşınlarının sürücülərini Nizaməddin Məmmədov "soymuşdur da”.
Bax bu barədə nazir Ramin Quluzadəyə şikatət etmişdim. Nəticədə Nizaməddin Məmmədovun "day-dayısı” Zaman Verdiyev gülməli bir cavab verib: "Sənin həyat yoldaşının adına olan telefonun borcu olduğundan bağlanmış və borc ödənildikdən sonra açılmışdır”.
Mən Zaman Verdiyevdən yaxşı bilirəm. Borc olanda telefon bağlanır. Ödəmək lazımdır! Şikayəti anlamayan Verdiyev bu cavabı yazıb. Deməli, "Aztelekom”un baş direktor müavini Zaman Vrdiyev Nizaməddin Məmmədovdan qidalanır.
Hazırda Nizaməddin Məmmədovu əsassız olaraq müdafiə edən Zaman Verdiyev də yaxşı bilməlidir ki, "Aztelekom”un sabiq baş direktoru Məhəmməd Məmmədov Nizaməddin Məmmədov kimilərinin əli ilə yol verdiyi talançılığa görə həbsdədir. İndi necə olur ki, baş direktor həbsdə olur, Nizaməddin Məmmədov isə azadlıqda gəzir?
Vəkil Rüstəm