Şəfəqə Doğru » Manşet » SAATLI MƏŞĞULLUQ MƏRKƏZİNİN DİREKTORU NİYƏ XULİQANLIQ EDİB?-YENILƏNDİ

SAATLI MƏŞĞULLUQ MƏRKƏZİNİN DİREKTORU NİYƏ XULİQANLIQ EDİB?-YENILƏNDİ

SAATLI MƏŞĞULLUQ MƏRKƏZİNİN DİREKTORU NİYƏ XULİQANLIQ EDİB?-YENILƏNDİ
Vəkil Nüşabə Ağayeva Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova müraciət etdi…
…Bir müddət əvvəl Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon ƏSMM-də mütəxəssis vəzifəsində çalışmış, hazırda Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılovla bağlı qalmaqal davam edir… Belə ki, bu gün Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Nüşabə Ağayeva "Təzadlar”a Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova ünvanlı müraciətin surətini və digər rəsmi sənədləri təqdim etdi. Həmin sənədləri araşdırarkən dəhşətli faktla qarşılaşdıq…

 

Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılov dövlət məmuru olaraq necə xuliqanlıq edib?

Qısa olaraq deyək ki, Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılov dövlət məmuru olaraq Xətai rayon Məhkəməsində aparılan məhkəmə prosesində mülki şikayətçiyə qarşı aqressiv olmuş və xuliqanlıq edərək onu təhqir etmiş, digər qanunsuz hərəkətlərə yol vermişdir. «Təzadlar» aşağıda Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun xuliqanlıq hərəkəti ilə bağlı vəkil Nüşabə Ağayevə tərəfindən redaksiyaya təqdim edilmiş müraciəti təqdim edir:
Respublika əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova!
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova!
MÜRACİƏT

Bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Saatlı rayon Məşğulluq Mərkəzinin rəisi Bayram Mikayılovla bağlı Bakı şəhər Xətai rayon Məhkəməsində mülki mübahisənin məhkəmə baxışı həyata keçirilir. Bu günlərdə baş tutan növbəti məhkəmə prosesində adı çəkilən Bayram Mikayılov məhkəmə iclasına hazırlıəq ərəfəsində hüquqlarını müdafiə etdiyim şəxsə qarşı olduqca aqressiv olmuş, onu söyüb təhqir edərək məhkəmə binasında xuliqanlıq hərəkəti törədərək məhkəmə prosesini qəsdən pozmağa yönələn hərəkət etmişdir. Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılovun bu xuliqanlıq hərəkəti ilə bağlı müvafiq dövlət orqanları tərəfindən sənədləşmə aparılmış, onun bu hərəkətinin Azərbaycan qanunvericiliyi ilə sanksiyalaşdırılması üçün müvafiq hüquqi addımlar atılmışdır. Budur, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin rəisi tərəfindən mənə ünvanlanmış məktubda deyilir:
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi
Azərbaycan Respublikası Vəkillər Kollegiyası 14 saylı Hüquq məsləhətxanasının vəkili Nüşabə xanım Ağayevaya!
Hörmətli, Nüşabə xanım! Sizin 462 saylı, 21.12.2016-cı il tarixli məktubunuza əsasən vət. Mikayılov Bayram Təvəkkül oğlunun barəsində toplanmış materialın surəti Sizə göndərilir.
Qoşma : 20 vərəq
Hörmətlə,
Xətai RPİ-nin 34-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı”.

***
Saatlı Məşğulluq Mərkəzinin direktoru niyə xuliqanlıq edib?-YENILƏNDİ
Saatlı Məşğulluq Mərkəzinin direktoru niyə xuliqanlıq edib?-YENILƏNDİ
Bu isə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin rəhbərliyinə göndərilmiş rəsmi sənədlərlə bağlı arayış:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə!
Xətai rayon Məhkəməsinin İcra Şöbəsinə!
19 dekabr 2016-cı il tarixdə vət. Məcidov Elçin Vaqif oğlu Xətai rayon Məhkəməsinin inzibati binasında Bayramov Əli Bayram oğlu və Mikayılov Bayram Təvəkkül oğlu ilə mübahisə edərək səs-küy salmış və nəlayiq ifadələr işlətdikləri qüçün tərtib etdiyiniz akt əsasında hər üç şəxsə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib olunmuşdur.
Hörmətlə,
Xətai RPİ-nin 34-cü PB-nin rəisi, polis polkovnik-leytenantı”

Çox hörmətli cənab Səlim Müslümov!
Hörmətli cənab Siraqəddin Ağayev!
Diqqətinizə çatdırıram ki, dövlət məmuru olan Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılov "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda və "Dövlət qulluqçusunun Etik Davranışı” haqqında Əsasnamənin tələblərini unudaraq Xətai rayon Məhkəməsinin inzibati binasında xuliqanlıq hərəkəti etməklə ciddi qanun pozuntusuna yol vermiş, dövlət məmuru adına ağır zərbə vurmaqla hörmətsizlik etmişdir.
Bunları nəzərinizə çatdırıram ki, adı çəkilən dövlət məmuru Bayram Mikayılov Azərbaycan İXM-nin 510-cu maddəsi tətbiq edilməklə məsuliyyətə cəlb olunmuş, 50 manat cərimə cəzasına məhkum edilmişdir. Xahiş edirəm, Bayram Mikayılovun barəsində müvafiq qaydada tədbir görəsiniz”.

Cəzalanan dövlət məmuruna qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hansı tədbir görülücək?

Xatırladırıq ki, Azərbaycan İXM-nin "İCTİMAİ QAYDA, İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR” fəslinin 510-cu maddəsində ("Xırda xuliqanlıq”) deyilir: "Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur”.
Bəs bundan sonra Saatlı rayon Məşğulluq Mərkəzinin xuliqanlıq etmiş diraetoruna qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Saatlı rayon İcra Hakimiyyətində hansı tədbirlər görüləcək?
Məsələ ilə bağlı əməkdaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Saatlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamışdır. Bu barədə növbəti yazıda geniş bəhs olunacaq.
Səbuhi

Saatlı Məşğulluq Mərkəzinin direktoru niyə xuliqanlıq edib?-YENILƏNDİ
Saatlı Məşğulluq Mərkəzinin direktoru niyə xuliqanlıq edib?-YENILƏNDİ