Şəfəqə Doğru » Manşet » Ələddin Kəsəmənli yazır - Qayğılarla “yüklənmiş” Azərbaycan vətəndaşı: Kimsənin üzü gülmür

Ələddin Kəsəmənli yazır - Qayğılarla “yüklənmiş” Azərbaycan vətəndaşı: Kimsənin üzü gülmür

Ələddin Kəsəmənli yazır - Qayğılarla “yüklənmiş” Azərbaycan vətəndaşı: Kimsənin üzü gülmür
Sanki hamı dərd içindədir

Ələddin Kəsəmənli yazır - Qayğılarla


Hara gedirsən, hər kəsin üzündə bir kədər görürsən. Hər kəs fikirli, hər kəs kədərlidir. Sanki dünyanın bütün problemlərini Azərbaycan insanı çəkir. Mövcud problemləri fikir çəkməklə həll etmək mümkün deyil. Qazpulu 10 qəpikdən 20 qəpiyə, işıq pulu isə 7 qəpikdən 11 qəpiyə qaldırıldı. İnsanlar soyuq havalarda evlərini isidə bilmirlər. Axı evində xəstəsi, körpəsi olanlar var. Elə ailələr var ki, evlərinə normal əmək haqqı daxil olmur. Belə ailələr nə etməlidir? Normal qidalanmalı, yoxsa kommunal haqlarını ödəməlidir. 

Bəzi məmurlar da guya məsələyə münasibət bildirirlər. Bəziləri deyir ki, onsuz da kasıbların "kombi”si yoxdur. Qaz çox işlətməyəcək. Bu kasıbların kombisi yoxdursa, onlar soyuqda oturmurlar ki? Hansısa istilik sistemi ilə mənzilllərini isidirlər. Məgər təkcə kombi istifadə edənlər qaz pulunu çox ödəyir? Bu nə məntiqəuyğun olmayan açıqlamadır. Aidiyyatı qurumlara müraciət etməkdən ki, kommunal tarifləri vətəndaşların cibinə uyğun şəkildə uyğunlaşdırsınlar. Əksinə, məntiqsiz açıqlamalarıyla özlərini gülünc vəziyyətə qoyurlar. Bəziləri deyir ki, vətəndaşlar qənaət etsinlər. Sizin deməyinizə ehtiyac yoxdur. Vətəndaşlar özləri qənaət etməyi siz deməsəniz də bilirlər. Bunlar çıxış yolu deyil. Özününüzü vətəndaşlara güldürməyin, cənablar...

Ələddin Kəsəmənli yazır - Qayğılarla



Həqiqətən vətəndaşlar çıxılmaz duruma düşüblər. Həkimə gedirsən, tibbi xidmətlər od tutub yanır. Aptekə girirsən, dərmanların qiymətləri əl yandırır. Bazara qiymət artımından girmək olmur. Marketlərdə adamı şoka salan bahalaşmayla üzləşirsən. Bəs bu camaat fikirli, qayğılı, dərdli olmasın, neyləsin. Sonra da deyirik ki, insanların üzündə kədər var, qayğı var. Bundan başqa təkcə avtobus, metroda deyil, sosial şəbəkələrdə də kədərli statuslara rast gəlinir. Hər kəs mənfi enerjisini orada bölüşməyə çalışır. Bu da kütlənin neqativ yüklənməsindən xəbər verir. Hər kəs kədərli statuslarla digər istifadəçilərə də psixoloji təsir edir. İstər-istəməz belə statusları oxuyanların da əhval-ruhiyyəsi dəyişir. 

Küçələrimizi 60-65 yaşlı süpürgəçi qadınlar süpürür. Başlarının üstündə bir yekəqarın MİS işçisi də onlara tapşırıq verir. Analarımız 80-90 manat təqaüdün əlində əsir-yesir qalır. Bilmir, nəvəsinə "peçenye” alsın, yoxsa özünə "təzyiq dərmanı”. Ali təhsilli qadınlar öz ixtisaslarına uyğun olmayan, gülməli məvacibli işlərdə sürünürlər. Fikir verin ailələlərə, komediya filmi kimi, hamıda eyni. Bir oğlan, bir qız... Məktəblərdə siniflərə girin, oğlanlar oğlanlarla bir parta arxasında oturur. 


Siniflərdə rəsmən qız şagird qıtlığıdır. Hamısı da selektiv abort ucbatından. Kim geniş, böyük ailəsinin olmasını istəməz? Qızının bir bacısı, oğlunun bir qardaşı olsun, gələcəkdə bir-birinə həyan dursun arsuzu hər bir valideynin arzusu deyilmi? Amma hansı pulla, hansı imkanlarla? Azərbaycanda gənc ailələrə dövlət yardım etməlidir, amma ata-ana, qayınana, baldız, qayın ümidinə qalırlar. Biri uşağına baxır, o biri hərdən bazarlığına kömək edir...