Əgər həqiqəti söyləmək gərəkirsə, yıxılan məzarları bərpa etmək üçün gərəkən vəsait Tofiq Zeynalovun oğlunun bir gecəlik əyləncəsinə və yaxud da icra başçısının özünün bir xarici səfərinə sərf etdiyi vəsaitdən azdır.
Tovuz rayonu Dondar Quşçu kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları 2 ay öncə tufan nəticəsində dağılıb. Kənd sakinlərinin şikayətlərinə baxmayaraq hələ də şəhidlərimizin məzarları bərpa edilmir. Qeyd edək ki, bu barədə sosial şəbəkədə yayılan məlumatda bildirilir. Yayılan məlumatda həmçinin yıxılan şəhid məzarlarının şəkilləri paylaşılıb.
Shafaqadogru.com bildirir ki, AzMedia.info bu barədə Tovuz rayonunda apardığı araşdırma zamanı məlum olub ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov şəhid yaxınlarına bildirib ki, qəbirləri bərpa etmək üçün vəsait yoxdur. Ona görə də yıxılan şəhid qəbirlərini onların yaxınları bərpa etməlidir. İşin ilginc tərəflərindən biri də odur ki, qəbirləri bərpa etmək üçün isə şəhid yaxınlarının maddi imkanları yoxdur. Və bu durumda belə görünür ki, canlarını vətən uğrunda qurban verən şəhidlərin məzarları elə yıxılmış şəkildə qalacaq. Yəni bu rəzalət ortadan qaldırılmayacaq.
Qeyd edək ki, vətən torpaqlarının işğaldan azad olunması naminə canını verən şəhidlərin yıxılan məzarının bərpa olunması üçün elə də böyük vəsait gərəkmir. Əgər həqiqəti söyləmək gərəkirsə, yıxılan məzarları bərpa etmək üçün gərəkən vəsait Tovuzun icra başçısı Tofiq Zeynalovun oğlunun bir gecəlik əyləncəsinə və yaxud da icra başçısının özünün bir xarici səfərə sərf etdiyi vəsaitdən azdır. Qeyd edək ki, qısa müddət öncə Tovuzun icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun Rahib Hüseynova 10 faizlə 7 milyon dollar borc verdiyi barədə ölkə mətbuatında məlumatlar yayılıb. Onu da qeyd edək ki, Qoşqar Tofiq oğlu Zeynalov Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır. Yəni istər ata, istərsə də oğul Zeynalov dövlət qulluğunda çalışdığı üçün onların bizneslə məşğul olmaları qanunla yasaqdır. Amma buna baxmayaraq, oğul rəssmi şəkildə Daxili İşlər Nazirliynə şikayət edib ki, Rahib Hüseynov ondan aldığı 7 milyon dollar pulun bir hissəsini geri qaytarmayıb. Cənab Qoşqar Zeynalov şikayətində bu qədər pulu necə qazanması haqqında və bu pulun vergisini dövlətə ödəyəib, ödməməsi haqqında heç bir şey yazmayıb. Və adətə uyğun olaraq bizim hüqüq-mühafizə orqanları da bu pulun hansı yolla qazanıldığını Qoşqar Zeynalovdan soruşmağı unudub.
Və bütün bunların üzərinə Tovuz rayonunun ermənilərlə təmas xəttində olmasına baxmayaraq, Tovuzun icra başçısının oğlu Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Hazırda isə milyoner polis məmurunun atası olan icra başçısı yıxılan şəhid qəbirlərinin bərpası üçün dövlətin vəsaitinin olmamasını bildirir. Bu sözləri ilə Tofiq Zeynalov təkcə şəhidləri deyil, dövləti də aşağıladığının fərqinə belə varmır. Əslində Tofiq Zeynalov bu günə qədər dövlətdən oğurladığı vəsaitlərin kiçik bir qırıntısını sərf edərsə, şəhidin qəbrini bərpa etmək mümkündü. Lakin icra başçısı bunu eləmir. Bunun əvəzinə isə polis məmuru olan oğlu sələmçiliklə məşğul olaraq polisin 7 milyon dolların sələminin verilməməsi adı altında vətəndaşı həbs etdirir.
Xatırladaq ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun mili dəyərlərimizə, həmçinin şəhidlərə qarşı açıq hörmətsizlik nümayiş etdirməsi ilk dəfə deyil. Daha əvvəl AzMedia.info olaraq Tovuz rayonundan hazırladığımız reportajda Tovuz rayonunun girəcəyində yerləşən Bayraq Meydanının xaraba vəziyyətdə olduğunu fotosübutla ortaya qomuşduq. Bu yazıdan sonra isə Tovuzun icra başçısı Tofiq Zeynalov bizdən Mətbuat Şurasına şikayət məktubu ünvanlanmışdı.
Xatırladaq ki, rəsmi açıqlanan məlumatlarda hər il Tovuz rayonunun abalaşdırılması üçün külli miqdarda vəsait sərf olunur. Lakin buna baxmayaraq dövləimizin simvolu olaraq yaradılan bayraq meydanını hələ də ürək ağrıdan vəziyyətdədir. Bundan başqa Tofiq Zeynalov şəhidlərimizin müqəddəs ruhuna da açıqca hörmətsizlik nümayiş etdirməkdədir. Qeyd edək ki, belə vəziyyətlər Azərbaycanın heç yerində müşahidə olunmur. Həmçinin onu da qeyd edək ki, Tofiq Zeynalov və qohumları tez-tez Fransaya dövlət hesabına səfərlər etməkdədir ki, bu barədə də mətbuatda məlumatlar yayılıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.