Bərdə rayon Doğum Evindən ürəkparçalayan kadrlar yayılıb. İnsanı üşəndirən və ikrah hissi doğuran bu tükürpədici görüntülər Səhiyyə Nazirliyinin doğum evində lentə alınıb. Həmin kadrlar səhiyyə naziri Oqtay Şirəliyevin idarəçiliyinin bir nümunəsidir.
Shafaqadogru.com Politika.Az-a istinadən məlumatına görə, baş həkim Tünzalə Quliyevanın rəhbərlik etdiyi doğum evində xəstələrin başına müsibət gətirilir, rüşvətxorluq, özbaşınalıq, dərəbəylik, yiyəsizlik hökm sürür.
Doğum evində biabırçı kadrlarda ən çox baş həkim Tünzalə Quliyevanın, Kifayət və Xuraman adlı həkimlərin adı hallanır. Onun vətəndaşlara qarşı kobud davranışı, pasientlərə əl qaldırması, fiziki zorakılıq göstərməsi lentə alınıb.
Mətbuatı qərəzli və qeyri-dəqiq informasiyalar yaymaqda ittiham edən nazirlik yaxşı olar ki, Bərdə rayon Doğum Evində baş verənlərdən agah olsun.
Hər halda bu rüsvayçı vəziyyətin yaranmasının səbəbkarı media yox, nazirliyin laqeyd münasibətidir.
Çünki Bərdə rayonunda əhaliyə göstərilən tibbi xidmət arzuolunan səviyyədə deyil Mərkəzi Rayon Xəstəxanasının doğum evində yaşanan olaylara dərhal reaksiya verilməlidir.
Etiraf etmək lazımdır ki, bu gün ölkəmizdə ana və uşaqların sağlamlığı ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Bərdədə ana və uşaq ölümləri durmadan artır.
Buna dair real faktlar var və növbəti yazılara övladını itirənlərin adlarını açıqlayacağıq.
Yazı gecə saatlarında hazırlandığı üçün əlavə şərh vermədən bu kadrlara baxmağa dəvət edirik: