Son illər və illa da, bu son aylarda ölkə prezidenti dünyada neftin ucuzlaşması ilə əlaqədar ,özəl sektoru inkişaf etdirmək,sahibkarlığa maksimum dərəcədə yardım etmək, xüsusən də ,kənd təsərüfatının inkişafı üçün rayon icra hakimiyəti başçılarına ayrıca verdiyi sərəncam və fərmanlardan başqa ,xüsusi tapşırıqlar verir və verməkdədir.Lakin görünən odur ki, ölkə prezidentinin bu çabaları və tapşırıqları heç bir qurumun vecinə deyil. Hər kəs öz qazanc və çıxarlarının hayındadır.
Bu günlərdə redaksiyamıza Qazax rayonundan iki nəfər Allahverdi Aydınov və Tahir Novruzov ad soyadlı sahibkar gələrək ,sahibkar olmaq istərkən, başlarına açılmayan oyun qalmadığını söylədilər.
Allahverdi Aydınov və Tahir Novruzov eyni vaxtda Qazax rayon İHB-na müraciət edərək,dövlət mülkiyyətinə aid olan, Ağstafa çay kənarındakı əkinə yararsız torpaq ərazilərindən biri Allahverdi Aydınov 1 hektar digəri Tahir Novruzov isə 1,5 hektar Qazax icra başçısının 08 dekabr 2014-cü il 2/155 və 2/156 №-li sərəncamları ilə quşçuluq və balıqçılıq təssərüfatı üçün torpaq sahəsi almış və böyük məbləğdə sərmayə qoyaraq,təsərüfat yaratmışlar.Bunu görən və yaxın məsafədə yaşayan bir imkanlı və həmin yerə heç bir aidiyyatı və hüquqi sənədi olmayan adam məhkəmələrlə adı çəkilən sahibkarların həm vaxtını alır, həm də işlərinə mane olur.
Əllərində Qazax İHB-nın sərəncamına əsasən ,ARƏMDKYDƏD resteri xidməti
Hüquqlarını Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın reysterindən
Çıxarışı ola-ola iddiaçı Novruzov Abbas təkrar özünün dediyinə görə, Gəncə İnzibati-İqtisad məhkəməsində hakim işləyən Rəşad Mamedovla əlaqə yaradaraq,Üç min manat vermiş və hakim Rəşad Mamedov dövlətin qanunlarını çeynəyərək, İH-nin sərəncamını ləğv etmiş və torpağın dövlət mülkiyyətində saxlanmasına qərar vermişdir.
Əvvəla cənab R.Mamedov bilmir ki ,Dövlət Mülkiyyətində olan torpaqların sahibkarlara icarəyə yaxud ,istifadəyə verilməsinə RİH –ti başçısı sərəncam verir ki,o da adları çəkilən vətəndaşlara qanunla daimi icarəyə sərəncam verib.Yox əgər bilirsə,o icra başçısının səlahiyyətlərini məhdudlaşdırmaq üçün hansı qanuna əsaslanıb?
(Arada isə kasıbların canı çıxır.)İndi isə, A.Aydınovla T.Novruzov üçüncü tərəf kimi apelyasiya şikayəti verir amma,Qazağa yeni təyin olunmuş İB-sı Rəcəb Babaşov İH-nin hüquqşünasına apelyasiya şikayyəti verməyə icazə vermir ki, sərəncamları var getsinlər öz hüquqlarını qorusunlar.Əslində İHb-si demək istədiyi çox ehtimal ki,hakim qanunu pozursa, mən nə edim” deməkdir deyə ,düşünmək olar.”Arada isə biçarə sahibkarlar əziyyət çəkir.
Demək ölkəmizdə nə qədər Gəncə Apelyasiya Məhkəməsinin hakimi R. Məmmədovlar kimi rüşvətxor ,korrupsionerlər var,ölkəd nə sahibkarlara nə iş adamlarına nə də,digər məzlum vətəndaşlara rahat yaşam olmayacaq.
Başlarına gələnlər barədə T.Novruzov və A.Aydınov isə,hakim R.Mamedov qanunsuz çıxardığı qərara görə ,Ölkə Prezidenti cənab İ.Əliyev və Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət etmişlər və başlarına gələnləri içtimailəşdirməyimiz üçün redaksiyamıza müraciət etmişlər.
Qarşı tərəfi dinləməyə və fikrini dərc etməyə hazırıq.
Nemət.