Şəfəqə Doğru » Manşet » Lavrovdan Qarabağla bağlı növbəti açıqlama

Lavrovdan Qarabağla bağlı növbəti açıqlama

Lavrovdan Qarabağla bağlı növbəti açıqlama
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəsləyir.

APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriyanın "Profil” jurnalına müsahibəsində bildirib.

S. Lavrov deyib ki, ATƏT bundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcəyinə ümid edir: "Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik”.

S. Lavrov vurğulayıb ki, Rusiya öz tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu həllinə kömək edəcək.