"Demək olar ki,bahalaşma hamını narahat edən bir məsələdir. Çünki bu 10 milyonluq insanın hamısına aiddir. Ona görə bahalaşma hər bir insanı,xüsusəndə millətin elçisi olan deputatları daha çox narahat edir və etməlidir”
Bu sözləri Politika.Az-a deputat Tahir Kərimli ərzaq məhsullarının bahalaşması haqda danışarkən deyib.
Millət vəkili bildirib ki, dəfələrlə bu məsələyə toxunulub: "Əvvəlki çıxışlarımda söyləmişəmki, bunun qarşısını almaq ilk növbədə inhisarçılığın qarşısı alınmalıdır. İkinci korrupsiya yox edilməlidir. Bildiyiniz kimi Ümumdünya Ticarət Təşkilatına daxil olmadığımız üçün bir çox mallar xaricdən idxal olunur. Nəticədə dolların manatla uzlaşması zamanı bahalaşma baş verir”.
T.Kərimlinin fikrincə, ölkə prezidentinin əmrinə əsasən başlanmış islahatlar ciddi şəkildə həyata keçirilməlidir: "İlk növbədə kənd təsərrüfatında istehsalı tənzimləmək,məhsuldarlığı artırmaq lazımdır.
Çünki ən çox tələbat kənd təsərrüfatı məhsullarınadır. Ona görə də bu sahədə çox ciddi dövlət intizamı yaratmaq lazımdır. Təbii ki, ən ağrılı yerimizdir və Milli Məclisin gündəliyində bu məsələlərə toxunacağıq”.