ADP sədri Sərdar Cəlaloğlu açıqlamasında ölkədəki ağır iqtisadi-sosial durum və proseslərin gələcək inkişafı ilə bağlı bədbin proqnozlar səsləndirib:
"Azərbaycanda iqtisadi böhran sosial böhranla əvəzlənməkdədir. Sosial böhran isə ilk növbədə ən həssas təbəqəni vurur. Bunlar qaçqınlar, pensiyaçılar, tələbələr, əlillər, aztəminatlı ailələr və işsizlərdir. Sosial böhrana da ilk reaksiya bu təbəqədən gəlir. Bir azdan müəllimlər, həkimlər və s.-nin timsalında orta təbəqə də sosial böhrana reaksiya verəcək. Bir müddətdən sonra yüksək təbəqə də buna reaksiya verəcək. Fabriki, zavodu olan şəxslər də baş verənlərə laqeyd qalmayacaq. Çünki böhran onları bankrot edəcək, əmlakları əllərindən çıxacaq və s.
Sosial böhran artıq başlayıb. Qaçqınların, eləcə də digər qrupların müşahidə edilən etirazları reaksiyaların başladığını göstərir. Hökumət isə gözlərini yumub, qulaqlarını tutmaqla öz işini bitmiş hesab edir”.