AZXEBER.COM-un məlumatına görə. baş həkimin bu sözləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə fəalları Ədalət Dadaşovu kəskin tənqid ediblər.
Bu məsələylə bağlı bəzi statusları təqdim edirik:
Elməddin Muradı: "Semaşko" xəstəxanasının baş həkimi açıqlama verib ki, xəstələri pulsuz müalicə edirik, camaaatı gülmək tutub, 22 nəfərin gülməkdən qarnı cırılıb, 18 nəfərin gözündən yaş gəlib, 3 nəfəri asqırmaq tutub, 87 nəfər sacını-başını yolub, 3 nəfər bir-birinin qulağını dişləyib, bir nəfər isə avtobusdan düşəndə sürücünün papağını götürərək naməlum istiqamətdə qacıb... Görün, səhiyyə sistemi nə günə düşübsə qanunla xəstəni pulsuz müalicə etməli olan xəstəxananın baş həkiminin dediyinə hec kim inanmır. Hamını gülmək tutur, hətta, gülməkdən qarnı cırılıb "Semaşko" xəstəxanasına düşən, baş həkimə pul verənlər də olub. Şəxsən məni gülmək necə tutdusa saqqız ağzımdan ucub gedib dəydi kecəl kişinin başına, o da gəldi məni vurdu, məndən soruşdu, niyə güıürsən? Mən də dedim, baş həkimin sözünə gülürəm. İndi o kecəl kişi də qoşulub mənə, 2 saat 17 dəqiqədir gülürük metroda. Gedirik üzü küləyə....
Zeynəb Əlizadə: "Semaşko”nun baş həkimi deyib ki, rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Düz deyir "rəsmi şəkildə" yoxdur.
Mahir Məmmədli: O zaman mən də Yuri Qaqarinəm
Kamal Nəsirli: 5 gün orda yatdım 800 AZN-ə yaxın pulum çıxdı, baş həkimə 400 manat çatdı. Haram pullar qazanırsan, heç olmasa saytlara müsahibə vermə.
Lalə Qurbanova: Gəlin belə danışaq da. Burda şərh yazmaq rahatdı. Sabahdan müalicəyə ehtiyac olmasa da kimin nə qədər qohum qardaşı var hamımız gedək müayinəyə . pul da verməyək . onda görək nə olur
Elşən Hacıyev: "Semaşko"da işləyən həkimlər dünyanın ən yaxşı dilənçiləridi, heç Çıqanlar onlar kimi dilənə bilmir. Semaşko əsil məktəbdi, dilənmək üzrə məktəb.
İlham Quliyev: Günün ən yaxşı zarafatını "Semaşko"nun baş həkimi edib.
İlham Tumas:
"Xəstələri pulsuz müalicə edirik..." Füzuli qadasın aldığım necə deyib ee... )))
Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib,
Eyləmə rüsvay özün, həm qəlbimi qan, ey təbib!