Ermənistanın "İsgəndər” zenit raket komplekslərindən istifadəsi vəziyyətdən asılıdır. Qaynarinfo.Az istipress-ə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyan RİA Novosti agentliyinə müsahibəsində deyib.
"İsgəndər” raketlərinin ilk dəfə ötən il sentyabr ayının 21-də İrəvanda keçirilən paradda nümayiş edildiyini bildirən V.Sarkisyan deyib ki, daha əvvəldən Ermənistan silahlı qüvvələrinin balansında olan raketlər 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda baş vermiş eskalasiya zamanı döyüşə hazır vəziyyətə gətirilmişdi.
"Bu silahların parametrləri imkan verir ki, hansı ölkəyə qarşı istifadə edilirsə, həmin ölkənin infrastrukturunu bərpa edilməyəcək şəkildə dağıdır. "İsgəndər” raketlərindən istifadə qərarı vəziyyətin inkişafına əsasən veriləcək. İstənilən halda, əgər məcburiyyət qarşısında qalsaq, bu silahlardan çəkinmədən istifadə edəcəyik”, - deyə Ermənistanın müdafiə naziri bildirib.
Vigen Sarkisyan - Ermənistanın müdafiə naziri
O bildirib ki, Ermənistan ordusunun ixtiyarına verilən "İsgəndər” raketlərini xüsusi hazırlıq keçmiş erməni zabitlər idarə edir.
Rusiya KİV-də yayılan xəbərlərdə bildirilirdi ki, Ermənistanda olan "İsgəndər” raket kompleksləri Rusiyaya məxsusdur.
Ermənistan müdafiə naziri isə müsahibəsində bunun əksini bəyan edib.
"100 faiz əmin olun ki, bu ZRK-lar Ermənistan silahlı qüvvələrinə məxsusdur. Burada başqa söhbət ola bilməz”, - V.sarkisyan bildirib.
Ermənistanın Rusiya ilə ysilahların alınması ilə bağlı danışıqların davam etdiriləcəyini deyən Sarkisyan bunda maraqlı olduqlarını deyib.