Müəyyən faktorların təsiri ilə saçlar cansızlaşır və saç uclarında saçqıranlar meydana gəlir. Bu saçların uzanma prosesini ləngidir.
Shafaqadogru.com xəbər verir ki, dəfnə yarpağı kürü saçların uzanması üçün ən təsirli üsuldur.
Bu kürü hazırlamaq üçün bir neçə ədəd dəfnə yarpağını 1 litr qaynayan suyun içinə salın. Saç dərinizə uyğun istiliyə gələnə qədər dəmləyin və saçınıza tətbiq edin. 20-30 dəqiqə saxladıqdan sonra saçınızı yaxalayın.Tətbiqə bir həftə davam edin.