Şəfəqə Doğru » Manşet » “FRANSA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ HÖRMƏTLƏ YANAŞIR”

“FRANSA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ HÖRMƏTLƏ YANAŞIR”

“FRANSA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ HÖRMƏTLƏ YANAŞIR”

Fransa Senatının üzvü, parlamentin Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bəzi fransız senatorların işğal olunmuş Dağlıq Qarabağa səfərlərini tənqid edib.

 
Shafaqadogru.com-un  məlumatına görə, Milli Məclisdə keçirilən mətbuat konfransında A. Reyşar bildirib ki, Fransa dövləti və rəsmi qurumları Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşır.

Bəzi həmkarlarının Dağlıq Qarabağa səfərlərinin qanuna zidd olduğunu söyləyən senator qeyd edib ki, beynəlxalq qanunlara əsasən Azərbaycanın sərhədlərinə hörmətlə yanaşmaq hər kəsin borcudur: "Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmalıdır”.

 
A. Reyşar onu da əlavə edib ki, onlar səfər çərçivəsində cəbhədə, Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində olublar və vəziyyətin hazırkı durumu onları ciddi narahat edir: "Biz münaqişənin tez bir zamanda həll olunmasını istəyirik”.