Şəfəqə Doğru » Manşet » Hollandiya hökuməti türk xanım naziri və onun mühafizəçilərini vurmaq üçün polisə atəş əmri veribmiş - Rotterdam merindən sensasiyalı etiraf

Hollandiya hökuməti türk xanım naziri və onun mühafizəçilərini vurmaq üçün polisə atəş əmri veribmiş - Rotterdam merindən sensasiyalı etiraf

Hollandiya hökuməti türk xanım naziri və onun mühafizəçilərini vurmaq üçün polisə atəş əmri veribmiş - Rotterdam merindən sensasiyalı etiraf
 
Rotterdam şəhərinin meri Əhməd Əbutalib Türkiyə Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın avtomobilinin saxlanılması və sonra deportasiya edilməsi olayları zamanı Hollandiya polisinə atəş açma izni verildiyini açıqlayıb.
Shafaqadogru.com  xəbər verir ki. şəhər meri dövlət televiziyası NOS TV-də etdiyi açıqlamada, türk nazir Kayanın yanında 12 nəfər mühafizəçinin olduğunu və o şəxslərin silahlı olub – olmadıqlarını bilmədiklərini deyib.
"Bu vəziyyət qorxunc idi. Buna görə də biz oraya atəş açma əmri verilmiş xüsusi polis göndərdik. Mümkün hücumun qarşısını almaq üçün” deyə Əhməd Əbutalib hökumətinin insan haqlarına zidd addımını izah etməyə çalışıb.
Telekanal aparıcısının "bir nazir gəlmişdi, orada nə ola bilərdi ki” sualına mer "nazirin mühafizəçiləri atəş edə bilərdi, onlar polisə təslim olmayıb əllərini kəmərlərinə atsaydılar, atəş açılacaqdı” deyə vəziyyətdən çıxmağa çalışıb.