Şəfəqə Doğru » Manşet » JURNALİSTİN MƏLUMAT YAYMASINA MANE OLMANIN CƏZASI AĞIRLAŞDIRILACAQ –YENİ QANUN MİLLİ MƏCLİSDƏ

JURNALİSTİN MƏLUMAT YAYMASINA MANE OLMANIN CƏZASI AĞIRLAŞDIRILACAQ –YENİ QANUN MİLLİ MƏCLİSDƏ

JURNALİSTİN MƏLUMAT YAYMASINA MANE OLMANIN CƏZASI AĞIRLAŞDIRILACAQ –YENİ QANUN MİLLİ MƏCLİSDƏ

Azərbaycanda jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır.

Hazırda Cinayət Məcəlləsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin miqdarının 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.