Bu gün ölkəmizdə maraqlı, həm də qeyri-müəyyən tendensiya müşahidə edilir. Sanki hər kəs düşmənin növbəti təxribat törətməsi və buna alternativ olaraq Azərbaycanın beynəlxalq təşkilatlar vasitəsilə dünyaya car çəkməsi üçün an gözləyir. Hanısa hadisə baş verən kimi isə hamımız dönüb oluruq "vətənpərvər”.
"Dövlət də, cəmiyyət də "möcüzə” gözləyir”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Modern.az saytına səslənən fikirlərə dəstək olaraq hər kəsin gözləmə mövqeyində olduğunu bildirib:
"İstər dövlət, istərsə cəmiyyət səviyyəsində hər kəs gözləmə mövqeyindədir. Gözləyirik ki, ermənilər nə isə etsin, biz də onlara cavab verək. Yaxud da özümüzün vətənpərvərliyimizi, haqlı olduğumuzu, haqq səsimizi dünyaya car çəkək. Təəssüf edirəm ki, belə bir əhval-ruhiyyə var.
Torpaqları işğal altında olan dövlət, cəmiyyət daha təşəbbüskar olmalıdır, formalar seçməlidir. Yəni, torpaqların işğaldan azad olunmasına xidmət edən birbaşa addımlar atılmalıdır. Bizim mövqeyimizə görə, müharibə çoxdan başlanmalı idi”.
"Qarabağın taleyi başqalarının əlindədir”
QAT sədri deyib ki, Qarabağın taleyi başqa əllərdədir:
"Bu gün hərbi əməliyyatları başlamırlarsa belə, hərbi əməliyyatlara qədər yollar var. Təəssüf ki, o yollardan da istifadə edilmir. Tutaq ki, Amerikanın dövlət rəhbərləri ilə görüş keçirilir və orda xoş söz deyilirsə, onunla kifayətlənirik. Yaxud Rusiyadan xoş söz gəlirsə, bu bizə bəs edir. Sanki, Azərbaycanın, Qarabağın taleyi tamamilə başqalarının əllərindədir. Rusiya, yaxud Amerika nə edəcək, deyə gözləyirik”.
"Hamı öz "dam”ını qorumaqdadır”
A.Nağı hər kəsi öz "dam”ını qorumağa xidmət etməkdə günahlandırıb:
"Azərbaycan tərəfindən təşəbbüs görünmür. Hər kəs olduğu mövqeyinin qorunub saxlanması fikrindədir. Hamı özünü qorumaq instinktinə xidmət edir. İstər partiyalar, istər Qeyri-Hökumət Təşkilatları, yaxud ayrı-ayrı şəxslər ilk növbədə öz mənfəətlərini güdürlər. Bir işə başlayanda düşünürlər ki, "görüm burda mənə xeyir qalacaqmı?”.
Çox təəssüf ki, partiyalar, təşkilatlar, QHT-lər, siyasi qüvvələrin demək olar ki, hamısı xarici qüvvələrlə, xarici dövlətlərlə, xarici məqsədlərlə bağlıdırlar, onların sifarişlərini həyata keçirirlər.
Addım atan zaman biri fikirləşir ki, Amerikanın xoşuna gəlsin, biri istəyir Rusiyanın xoşuna gəlsin və s. Bu da mövcud olan müəyyən təmənnalardan irəli gəlir.
Bu yaxınlarda ukraynalı qadının azadlığı üçün aksiya keçirirdilər. Çox maraqlıdır ki, bu adamlar erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün bunu etmirlər. Deməli müəyyən mərkəzlərdən gələn sifarişlər üzrə addımlar atılır.
Qarabağ Azadlıq Təşkilatı olaraq bu məsələrlə bağlı fərqli mövqe sərgiləməyə çalışırıq. Biz kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq doğru bildiklərimizin arxasındayıq. Hesab edirəm ki, hamı da bu yolda olmalıdır. Milli maraqları düşünərək addımlar atılmalıdır. Bu gün Azərbaycanın əsas marağı Qarabağdır. Başqa kim nə deyəcək, neyləyəcək fikri əsas olmamamlıdır. Təəssüf ki, addımların milli maraqlara uyğun atılmaması sönük, dönük vəziyyət yaradıb”.