Shafaqadogru.com "Bakumedinfo” saytına istinadən bildirir ki, Gürcüstanda işləyən və istirahət edən Azərbaycan vətəndaşları ehtiyatlı olmalı və tanımadıqları insanlarla cinsi əlaqədə olmamalıdır.
Belə ki, 2017-ci ilin əvvəlindən Gürcüstanda QİÇS xəstəliyinə yoluxmuşların sayı əhəmiyyətli dərəcədə artıb.
Statistik məlumatlara görə, Gürcüstanda 4,6 mindən çox kişi və 1,6 min qadın İİV daşıyıcısı var. Lakin əslində vəziyyət daha acınacaqlıdır. Müstəqil ekspertlər yoluxmuşların sayının çox olmasını deyirlər.
Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, 2016-cu ildə Gürcüstanda 719 İİV-ə yeni yoluxma halları olub. QİÇS və Kliniki İmmunologiya elmi-praktiki mərkəzinin saytının materiallarında deyilir ki, 2017-ci ilin əvvəlindən İİV-ə yoluxma ilə bağlı 124 yeni hal aşkar edilib .
Gürcüstanda İİV-ə yoluxmanın əsas səbəbİ narkotiklələrdən inyeksiya yolu ilə istifadə zamanı və cinsi əlaqə zamanı ötürülür.
2018-ci ildən İİV-ə yoluxmuş insanların müalicəsini Gürcüstan dövləti ödəyəcək. Hələlik isə bu işlə AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond məşğul olur.
Qeyd edək ki, Azərbaycanda 2016-cı ilin 11 ayı ərzində 464 nəfərdə yeni İİV-ə yoluxma faktı olub. Onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir.
İlahə