Şəfəqə Doğru » Manşet » MÜDAFİƏ NAZİRLİYİ: CƏBHƏDƏ DÖYÜŞLƏR DAVAM EDİR

MÜDAFİƏ NAZİRLİYİ: CƏBHƏDƏ DÖYÜŞLƏR DAVAM EDİR

MÜDAFİƏ NAZİRLİYİ: CƏBHƏDƏ DÖYÜŞLƏR DAVAM EDİR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hal-hazırda Ağdam, Füzuli və Tərtər rayonlarında təmas xəttində döyüşlər davam etdirilir.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.