Ermənilərin atəşkəsi pozması nəticəsində biri uşaq olmaqla daha iki mülki şəxsi yaralanıb
Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.