Şəfəqə Doğru » Manşet » Qazax rayonunda vətəndaşların hüquqları "Azəraftoyol" ASC-nin nümayəndəsi tərəfindən pozulur.

Qazax rayonunda vətəndaşların hüquqları "Azəraftoyol" ASC-nin nümayəndəsi tərəfindən pozulur.

Qazax rayonunda vətəndaşların hüquqları  "Azəraftoyol" ASC-nin  nümayəndəsi tərəfindən pozulur.

Dünən redaksiyamıza Qazax Rayon II Şıxlı kənd sakini Mustafayev Zəlimxan Ədilxan oğlu tərəfindən şikayət dolu ərizə daxil olub.

                                          

 

     Ərizədə yazılanları olduğu kimi oxucularımıza çatdırmağı özümüzə borc bildik.

 


Şəfəqə doğru qəzetinin redaktoruna II Şıxlı kənd sakini Mustafayev Zəlimxan Ədilxan oğlu tərəfindən

                                                                Ərizə

 


         Hörmətli redaktor yazib sizə məlum edirəm ki,mənə və ailə üzvlərimə məxsus 062,5 ha ərazisi olan bar verən üzüm bağım var.Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-207 kod 50100088. Bu sahədən 017,31 ha ərazi inşa edilən Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsinə, tikinti altına düşüb. Sizə yazdığımız məktubdan sonra "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bizim ailəyə dəyən ziyanı 11287(on bir min iki yüz səksən yeddi) manat dəyərində müəyyən etmişdir.Bu məbləğ Az.Resp.Prezidenti 20 aprel 2010-cu il tarixdə imzaladığı N 987III Q saylı torpaqların dövlət ehtiyatları  üçün alınması haqqında Az.Resp.Qanunlarında mülkiyyətçiyə verilən imtiyazlar öz əksini tapmır, ailəmizin hüquqları tapdanır.

       "Azəravtoyol”Prezidentin imzaladığı qanunu ləğv edərək öz müstəqil ekspertinin verdiyi rəyi əsas tutur.Onların hesablamış olduqları ziyan 11287(on bir min iki yüz səksən yeddi) manatdır.Prezidentin imzaladığı qanunun 56.1.2 maddəsinə əsasən Respublikada qanunla nəzərdə tutulmuş inflyasiya 12,5%-dir. Bu da yuxarıda göstərilən məbləğə əlavə olunarsa 1375(min üç yüz yetmiş beş) manat deməkdir. İnflyasiya dərəcəsi maliyyə idarəsi tərəfindən təsdiqlənə bilər.

     Hörmətli Redaktor Ekspert mütəxəssis olsaydı o bilməliydi tənək çox illik bitki olub əkildiyi yerdə 60-80 il və daha çox yaşayaraq məhsul verir. Hər bir hektar ildə 300-350 sentner bar verir. Bu üzümçü alimlərin yazdığı "ÜZÜMÇÜLÜK” kitabından götürülmüşdür.(müəlliflər Rəcəb Əsəd oğlu Məmmədov, Famil Həsən oğlu Şərifov) kitabın 19-cu və 75-ci səhifənin 3-cü abzasından götürülmüşdür.

Tənək sayı 390 ədəddir.Qazax Rayonu İcra Başçısının göstərişi ilə tənək sayını təsdiq edən Akt vardır.

"Azəravtoyol”-un "mütəxəssisi” İsmixan Xanlar oğlu isə insanlarla danışmağı özünə rəva bilmir,gobudluq edir.

    Hörmətli redaktor xahiş edirəm mənim yazdığım ərizəni ictimailəşdirəsiniz və ailəmizin tapdanmış hüquqlarının bərpasına yardımçı olasınız.

   Səfəqə doğru qəzeti olaraq,düşünürük ki,vətəndaşın müraciətini izah etməyə ehtiyac qalmır.Və araşdırmalarımızın nıəticəsi olaraq,müraciətdə  yazılanların hamısının doğru olduğu aşkarlandı.

    Onu da qeyd edirəm ki,Qazax rayonunda bu hal təkcə Mustafayev Zəlimxanın başına gəlməmişdir.Aidiyyatı qurumları tərəfindən yoxlanılsa həmin rayondan keçən həmin yolun çəkilişi üçün lazım olan torpaqların sahiblərinin çoxlarının başına Azəraftoyol ASC-nin Qazax bölgəsinə göndərilmiş nümayəndə tərəfindən oyun açılır.Hərəsinə bir sənəd bəhanə gətirərək,yerin dəyərini ucuzlaşdırmaq üçün torpaq sahiblərinin müəyyən sənədlər gətirməsini tələb edir.Yazıq pulu olmayan vətəndaşların ağzını dağa dirəyir.

    Biz yazdıq. Yəqin ki,aidiyyatı qurumlar  bu işlə məşğul olub başda Mustafayev Zəlimxan  Ədilxan oğlu olmaqla bu mövzuda hüququ pozulmuş Qazax vətəndaşlarına yardımçı olacaqlar.  

 

 

 Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.

 


                                     İmza:                 Qazax rayonu II Şıxlı kənd sakini

 

                                                             Mustafayev Zəlimxan Ədilxan oğlu.


                                                             10.04.2017


                                                             əl tel:070-747-37-28