Shafaqadogru.com APA -ya istinadən xəbər verir ki, iclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib. F.İbrahimlinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb. |
F.İbrahimli əvvəlcə A.Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib: "Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burada nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”
Onunla razılaşmayan A.Rəhimzadə deputata irad tutub: "Biz bura "ştamp vurmağa” yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq”.
Komitə sədrinin sözünü kəsən F.İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: "Onsuz da siz nə deyirsiniz, biz də "baş üstdə” deyirik”.
Komitə sədri deputatın replikasına narazılığını bildirərək sözünü kəsib, digər iştirakçıya verib.