Sahibkarın mülkünü əlindən alıb viran qoyan icra başçısı məhkəmə qərarını saymır
Neftçala rayon İcra Hakimiyyəti başçısının özbaşınalıqları bütün həddləri aşıb. Bu barədə icra başçısı İsmayıl Vəliyevin qanunsuz əməlləri ilə bağlı saytımıza məlumat verən"Xəyal-HR” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri bildirib.
"Xəyal-HR” MMC-nin rəhbəri deyir ki, İsmayıl Vəliyev özünün vəzifə səlahiyətlərindən istifadə edərək onun bütün malını-mülkünü başına uçurub. Hazırda məhmə qərarı ilə "Xəyal-HR” MMC-nin hüquqları bərpa olunsa da, Neftçalanın icra başçısı məhkəmənin qərarını saymır və özbaşına şəkildə "Xəyal-HR” MMC-yə aid olan 500 hektar otlaq sahəsini ayrı-ayrı adamlara satıb. Həmi ərazidə "Xəyal-HR”MMC-yə məxsus olan fermer təsərrüfatı fəaliyyət göstərib və 17 ailənin çalışdığı bu fermer təsərrüfatı icra başçısının bir sözü ilə yerlə yeksan olunub.
Kadrlardan göründüyü kimi sökülən fermer təsərrüfatı artıq xaraba bazara çevrilib və "Xəyal-HR” MMC-yə milyonlarla manat ziyan dəyib.
Qəribədir ki, Neftçalanın icra başçısı 2013-cü ildə heyvandarlıq ferması yaratmaq məqsədi ilə Neftçala rayonunda Dövlət Torpaq Fonduna aid olan qış otlaq sahələrindən 500 hektar torpaq sahəsini 15 illik icarəyə götürən "Xəyal-HR” MMC-dən pambıq əkimək adı altında alıb. Maraqlıdır, drenləşdirilməmiş və suvarılmayan bu torpaqlarda icra başçısı pambığı necə əkcək? Görünür elə bu suala cavab verə bilməyən İsmayıl Vəliyev "Xəyal-HR” MMC-nin fermer təsərrüfatını yıxıb dağıtdıqdan sonra həmin ərazinin bir hissəsində kartof əkib, otlaq sahələrini isə ayrı-ayrı çobanlara satıb. Buna görə isə icra başçısına heç kim gözün üstə qaşın var demir.
Baxmayaraq ki, "Xəyal-HR” MMC-nin sahibi bütün instansiyalara, dövlət qurumlarına şikayət edib, sahibkarın dərdini heç kim dinləməyib. Əlacı hər yerdən üzüldükdən sonra isə üz tutub məhkəməyə. Azərbaycan Respublikasının Şirvan İnzibati-İqtisadi Məhkəməsi sahibkarın haqqını yeməyib və vəsatət təmin olunub. Qərardad həmən icra olunmaq üçün Neftçala rayon icra şöbəsinə göndərilib. Lakin Neftçala rayon icra şöbəsi hələ də üzərinə düşən vəzifəni yerinə gətirmir. İcra başçısı İsmayıl Vəliyev isə öz növbəsində məhkəmənin qərarını vecinə belə almır.
"Xəyal-HR” MMC-nin sahibi isə bir daha ölkə rəhbərliynə, əlaqədar təşkilatlara və prezidentə müraciət edərək hüquqlarının bərpa olunmasını istəyir və ona dəyən külli-miqdarda ziyanın İsmayıl Vəliyev tərəfindən ödənilməsini istəyir.
Gördüyünüz kimi Neftçalanın icra başçısı İsmayıl Vəliyev ölkə prezidentinin tapşırıq və göstərişlərinə bu şəkildə əməl edir. Öz şəxsi mənafeyi naminə iş adamının mülükünü sökür, sonra həmin əraziləri başqalarna satıb pul qazanır. Üstəlik pambıq əkirəm deyrək, həmin əraziyə kartof əkir və prezidenti aldadır.
Hər şey göz qabağındadır. Amma İsmayıl Vəliyevin özbaşınalıqlarını durduran tapılacaqmı? Bu sual maraq doğurur…