Nərgiz ümumiyyətlə sarı rəngdə olan bir bəzək bitkisidir. Dünyada bir çox növü də mövcuddur
Shafaqadogru.com deyerler.org-a istinadən bildirir ki, bitkinin çiçəkləri, yarpaqları və budaqları da istifadə edilir. Bitkinin yığılmasında ən önəmli məqam, günəşin ən yandırıcı olduğu zamanda yığılmasıdır. Çünki, bitkinin müalicəvi gücü, ancaq o zaman ortaya çıxır.
Bəzək bitkisi olaraq istifadə edilməsi ilə yanaşı bu bitkinin, hər bitki kimi bir də şəfalı təsirləri var. İndi isə, gəlin bu təsirlərlə tanış olaq:
- Qızdırma salıcı xüsusiyyəti var.
- İltihabı aradan qaldırıcı və anti bakterialdır.
- Qan təmizləyicidir.
- Baş ağrısını aradan qaldırır.
- Kökü üyüdüldüyü zaman yaralara yaxşı təsir edir.
- Çibanların tez müddətdə sağalmasını təmin edir.
- Burun dəliklərindəki tıxanmaları açır.
Bu səbəblərə görə, nərgiz bitkisini yalnız bəzək bitkisi kimi yox, həm də şəfalı bir bitki kimi istifadə edə bilərsiniz.