Şəfəqə Doğru » Manşet » Ərdoğana ağlayaraq sual verən Qənirə Ataşova danışdı - video

Ərdoğana ağlayaraq sual verən Qənirə Ataşova danışdı - video

Ərdoğana ağlayaraq sual verən Qənirə Ataşova danışdı - video
Türk Amerikan Kültür və Mədəniyyət Mərkəzinin açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ağlayaraq şəhid əsgərlərimizlə bağlı sual verən jurnalist Qənirə Ataşova "Anadolu Agentliyi”nə müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, Qənirə Ataşova "Şübhəsiz, jurnalist olaraq hisslərimi bildirməməliyəm, amma mən də anayam, qadınam, mənim də iki övladım var. Şəhid olan əsgərlər mənim də övladlarımdır və duyğulandım” deyib. ABŞ-ın Merilənd əyalətindəki mərkəzin açılışı zamanı Ərdoğandan Azərbaycan-Ermənistan cəbhəsindəki döyüşlərdə 12 Azərbaycan şəhidinin olmasıyla bağlı fikirlərini öyrənmək istəyən "ANS TV”nin müxbiri həmin an yaşadıqlarından danışıb. 

O, R.T.Ərdoğanın mərkəzin açılışına gəldiyi zaman şəhid xəbərini öyrəndiyini və bundan çox kədərləndiyini bildirib:
 
"Şəhidlər haqqında xəbəri öyrənəndə çox fuyğulandım. Vətənimin çətin günündə o 12 şəhidin anası, bacısı yerində özümü hiss etdim. Jurnalist olsaq da, bu, o demək deyil ki, hisslərimizi öldürməliyik. Xəbərə "xəbər” deyib keçməməliyik. İnsan öncə insanlığını qorumalıdır. Vətən hər şeydən üstündür. Vətənə xəyanət etmək olmaz. Nə olursa-olsun, Vətən canımızdır, qanımızdır. ABŞ kimi böyük dövlətlərdə vətəninə görə insanlara hörmət edirlər”. 

5 aydır vətənindən uzaqda qaldığını bildirən Qənirə Ataşova Ərdoğanın Azərbaycanda çox sevildiyini və Türkiyənin hər zaman ölkəsinin yanında olduğunu bildirib:
 
"Mən prezident Ərdoğanın hisslərimə bu qədər həssas yanaşacağını gözləmirdim. Ona təşəkkür edirəm. O, mənim gözümdə Azərbaycan qadınlarının, analarının bu gün yaşadıqlarını hiss etdi və bunu dünyaya göstərdi”. 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Qənirə Ataşaovanın göz yaşları içində səsləndirdiyi sualından sonra "Ermənistan-Azərbaycan cəbhəsində döyüşlər ciddi şəkildə davam edir və hər iki tərəf itki verir. Bir az əvvəl azərbaycanlı jurnalist qarşımı kəsdi. Onun göz yaşlarını gördüm. Görəsən, bizim ölkəmizdəki media nümayəndələrinin də gözlərində o yaşı görə biləcəyikmi?” demişdi.