Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6900 manata, ən sərfəli satışı 1.6950 manata bərabərdir. Qeyd edək ki, dünən bu göstəricilər müvafiq olaraq 1.6850 və 1.6950 manat təşkil edib.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan” dolların alışını 1.6870 manatdan 1.6860 manatadək, satışını 1.7050 manatdan 1.6950 manatadək ucuzlaşdırıb.
"Bank Avrasiya” hər iki məzənnəni bahalaşdırıb: alışı 1.6700 manatdan 1.6900 manatadək, satışı 1.7050 manatdan 1.7150 manatadək.
"VTB Bank Azərbaycan” ABŞ valyutasının alış qiymətini ucuzlaşdırıb, satışını bahalaşdırıb: alış 1.6800 manatdan 1.6700 manatadək, satış 1.7080 manatdan 1.7100 manatadək.
"Atabank” və "Azər-Türk Bank” dolların yalnız alış qiymətini bahalaşdırıb:
"Atabank” 1.6700 manatadn 1.6800 manatadək, "Azər-Türk Bank” 1.6550 manatdan 1.6600 manatadək.
"Dəmirbank” isə dolların yalnız satış qiymətini bahalaşdırıb: 1.6550 manatdn 1.6600 manatadək.