Şəfəqə Doğru » Manşet » Türkiyə, İran və Rusiya bunun üçün çalışır - Qazaxıstan

Türkiyə, İran və Rusiya bunun üçün çalışır - Qazaxıstan

Türkiyə, İran və Rusiya bunun üçün çalışır - Qazaxıstan
Rusiya, Türkiyə və İran tərəfi Suriya ilə bağlı hazırlanan memorandumdan irəli gələn öhdəliklərin icrası üçün aktiv şəkildə çalışır.

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri Qazaxıstan Xarici İşlər naziri Kayrat Əbdürrəhmanov deyib.

"Bölgələrin kimin nəzarətində olması, təhlükəsiz giriş-çıxış nöqtələrində kimin xidmət keçəcəyi ilə bağlı məsələlər ən önəmli məqamlardandır”, - deyə o bildirib.

Xatırladaq ki, mayın 4-də Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə, İran və bir sıra dövlət rəsmilərinin iştirakı ilə keçirilən sülh danışıqlarında Suriyada 4 təhlükəsiz bölgənin yaradılması ilə bağlı memorandum imzalanmışdı.