Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb.
Shafaqadogru. com xəbər verir ki, pressclub.az-ın əldə etdiyi məlumata görə, şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub.
58 yaşı olan piyada Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Adı Səidədir. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.