Redaksiyamıza daxil olan bu məlumat üzərinə dəfələrlə həmin deyilən ərazidə çəkilişlər apardıq. Sabuncu rayonu üzrə ekologiyanın və təbii sərvətlər nazirliyinin əməkdaşlarına həmin fotoları və orada aparaılan qeyri-qanuni texnikaların orada işləməsi ilə bağlı sübutlar təqdim etdik. Bütün tədqim etdiyimiz sübutlara baxmayaraq ekologiyanın əməkdaşları məsələyə laqeydlik nümayiş etdirərək min bir bəhanə ilə həmin ərazidə ağacların kəsilmədiyini bizə sübut etməyə cəhd etdilər.
Bakunews.az daxil olan həmin məlumatların və apardığımız araşdırmaların həqiqəti əks etdirən fotoların montaj deyil reallığa söykəndiyi aşkarlanmışdı. ETS Nazirinin gördüyü yüksək səviyyəli işlərə kölgə düşürənlər nazirlik daxilində şəbəkə şəklində fəaliyyətdə olduqları şübhəsi yaranır ki, həm Sabuncu, Nəsimi, Nizami və Xətai rayon ərazilərində qeyri-qanuni ağac kəsilir. Amma buna nazirlik susur!
Bu illər ərzində nazirliklər arasında öz fəallığı və çevikliyi ilə ad-san qazanmış Hüsynqulu Bağırovun idarə etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilklər sırasında irəliləməkdədir. Nazirliyin surətlə inkişaf etməsi Bakı şəhər İcra Hakimiyyətinin aparıcı qüvvələrini görünür ki çox narahat etməkdədir.
Eyni halın baş verdiyi yeni ərazi Nəsimi rayon sahəsidir ki, burada nazirlik yenidən icra hakimiyyəti tərəfindən aldadılaraq yaşılıq məhv edilir və yerində gəlir əldə etmək məqsədi ilə obyekt inşaa edilir.
BŞİH-i nazirliyin gördüyü işlərə kölgə salmaq üçün yol genişləndirmə, abadlaşdırma adı altında yaşıllıqları məhv edir. Qeyri-qanuni Prezidentin qərarına qarşı gələrək tikintilərə sərəncam verilir və bununla həmin tikintilərin aparılacaq ərazilərdə olan yaşıllıqlar məhv edilir. ETSN-nə isə təqdim edilən məktublarda göstərilir ki, dövlət strateji yerlərin tikintisi üçün atılan adım kimi qeyd edilir. Amma əslində icra hakimiyyətlərinin nazirliyi aldadaraq illərlə zəhmət sərf edilən ağacların və onunla yanaşı insanların istirahət güşələri məhv edilir. Gəlirlərinə gəlir qatan korruptiv xarakterli əməllərə imza atan şəxslər yüksək faizli gəlirlərə sahib olmaq məqasədi ilə dinc sakinlərin istirahətini və o cümlədən ekologiyanı məhv etməkdədirlər.
Araşdırmamız davam edir.
Shafaqadogru.com Bakunews.az-a istinadən bildirir.