Şəfəqə Doğru » Manşet » Xadiməni zorlayan kompleks direktoru günahı dayısının üzərinə atır - təfsilat - VİDEO

Xadiməni zorlayan kompleks direktoru günahı dayısının üzərinə atır - təfsilat - VİDEO

Xadiməni zorlayan kompleks direktoru günahı dayısının üzərinə atır - təfsilat - VİDEO
Cavid Əsgərovun dayısı isə and-aman edir ki, onun məsələlərdən ümumiyyətlə, xəbəri yoxdur 

Cəlilabad Olimpiya İdman Kompleksinin rəhbəri Cavid Əsgərov məsələsi artıq rayonun əsas probleminə çevrilməyə başlayıb. Hələ bir müddət əvvəl ideologiya.az saytı bununla bağlı olduqca ilginc məlumat yaymışdı. 

Həmin məlumatda vurğulanırdı ki, Sabirabad kəndinin sakinləri Əsgərovla bağlı audio yazı göndərmişdilər. Orada vurğulanırdı ki, kompleksin direktoru orada çalışan xadimələrdən birini zorlayıb. Bu işi ciddi-cəhdlə gizlətməyə çalışsa da, sonradan qadının əri məsələdən xəbər tutub. İş o qədər böyüyüb ki, həyat yoldaşını döyən ər onu atası evinə yola salıb. Daha sonra isə boşayıb. 

Teref.info politika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları araşdırma aparırlar. Amma problem təkcə bundan ibarət deyil. Rayondan gələn xəbərlərə görə, Cavid Əsgərov tutduğu əməldən həya etməyərək, öz bildiyinə davam edir. Məsələn, onun ehtiyacı olan bəzi qız və gəlinləri tovlayaraq, müəyyən məbləğlərlə şirnikləndirərək gəlmə məmurların müvəqqəti məskunlaşdığı Cəlilabad Olimpiya Kompleksinə dəvət etdiyi üzə çıxıb. Məsələdən xəbər tutan rayon sakinləri isə artıq rəhbərliyə müraciət edərək, ondan Cavid Əsgərovu Cəlilabaddan qovmasını tələb etməyə başlayıblar. Tələbləri yerinə gətirilməyəcəyi təqdirdə, bu prosesi özləri həyata keçirəcəklərini bəyan ediblər. 


Shafaqadogru.com  politika.az-a istinadən yazır ki, məlum olub ki, Cavid Əsgərov tutduğu əməli başqasının boynuna atmağa çalışır. Həmin şəxs isə direktorun elə də uzağı deyil. Belə ki, Əsgərov qadın, qız zorlamasını, başqa qadınları aldadaraq, intim əlaqəyə məcbur etməsinin bütün günahlarını dayısının üzərinə yıxmağa çalışır. Lakin direktorun dayısı and-aman edir ki, bu işdən ümumiyyətlə, xəbəri yoxdur. 

Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Bundan başqa, dövlət başçısı xəbərdarlıq edib ki, işdə yol verdiyi nöqsanla yanaşı, yaxını, özü və ya övladı qudurğanlıq, özbaşınalıq və qanunsuzluq edən istənilən məmur işdən azad ediləcək. Üstəlik, cəzalandırılacaq. Elə bu səbəbdəndir ki, bir neçə məmur övladının qudurğanlığının güdazına gedib. 

Cavid Əsgərova gəldikdə isə onun özü məmurdur. Məmur isə nümunəvi biri olmalıdır. Lakin görünən odur ki, Cəlilabad Olimpiya İdman Kompleksinin direktoru nəinki nümunə olmaq iqtidarındadır, əksinə, daha çox qınaq obyektinə çevriləcək biridir. Ona görə də, bu şəxsi işdən çıxarılma yox, həm də ağır cəza gözləməlidir. Ən azından, Cəlilabad rəhbərliyi Prezident İlham Əliyevin məlum tapşırığını yerinə yetirməyə borcludur. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 
Teref.info