Şəfəqə Doğru » Manşet » Azərbaycan manatını gözləyən daha bir təhlükə

Azərbaycan manatını gözləyən daha bir təhlükə

Azərbaycan manatını gözləyən daha bir təhlükə
Rusiyanın əsas fond birjasi indeksləri olan "RTS" və "MMVB" bu gün, iyunun 15-də kəskin şəkildə azalmağa başlayıb. "Report" xəbər verir ki, hazırda "RTS" indeksi dünənə nisbətən 2,6% azalaraq 986 bəndə, "MMVB" indeksi isə 2% azalaraq 1 800 bəndə düşüb. Qeyd edək ki, "RTS" indeksi son 6 ayın ən minimal həddinə çatıb. "MMVB" indeksi isə son 17 ayın minimal səviyyəsindədir.
Qeyd edək ki, Rusiya fond birjası indekslərinin azalmasına səbəb ABŞ Federal Ehtiyyat Sisteminin (FED) uçot dərəcəsini artırması ilə yanaşı, dünən ABŞ-da Rusiyaya qarşı yeni sanksiyaların Senatda əksər səs çoxluğu ilə təsdiqlənməsidir. "Report"un analitik qrupu neft qiymətlərinin düşməsi amilini də nəzərə alaraq Rusiya maliyyə bazarlarının təzyiqlərlə üzləşəcəyini ehtimal edir. Bu, Azərbaycan manatına da mənfi təsir göstərə bilər.