Bir neçe gün önce redaksiyamıza bir şikayət daxil oldu .Şikayətdə Qazax rayonunun Rükməzli kənd sakini Şamayev Məmməd Hüseyin oğlu nigahsız həyat yoldaşı Məmmədova Leyla Aydın qızını adəti üzrə həddən artıq spirtli içki içərək ,iki azyaşlı uşaqlarının gözü önündə bel sapı ilə ,hətta belin sapı ortasından qırıldıqdan sonra isə, dəyənəklə vəhşicəsinə ölümünə döymüşdür.Gecə saatlarında qonşuların köməyi ilə Qazax rayon polis şöbəsinin Daş Salahlı kənd bölməsinə gətirilən Məmmədova Leyla orada huşunu itirmiş və təcili yardım çağırılaraq,Qazax diaqnostika mərkəzinə göndərilmişdir.Leylanın valideyinləri redaksiyamıza verdiyi məlumatda beş gün keçməsinə rəğmən, Daş Salahlı kənd bölməsinin müstəntiqi ifadə almağa gəlməyib , redaksiyamız tərəfindən altıncı gün sörğu olunduqdan sonra gəlib ifadəni götürüb və işi Qazax RPŞ-yə ötürüb. Dəfələrlə valideyinlər tərəfindən israrla müraciət olunmasına baxmayaraq,Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Qazax şöbəsinin həkimi Rauf Xəlilov döyülmüş Məmmədova leylanın durumu haqqında rəy verməkdən imtina edib.Cavabıda bu olub ki,xəsdə hələ ən azı iyirmi gün yatmalıdı ki,xəstənin durumu barədə mən rəyimi yazım .Hansı maraqla bunu etdiyini isə özü bilir.Redaksiyamız tərəfindən müraciət olunan gün yəni xəsdə altı gün sonra yerində çəkiliş və araşdırma apardığımız zaman( xəsdə sistem altında idi)Ekspertizanın həkimi Rauf Xəlilovla telefon əlaqəsi yaradaraq,bu xəstənin durumu haqqında niyə rəy yazmadığını soruşduq.Eyni cavabları bizədə verdi ki,iyirmi günnən sonra mən ancaq xestenin müalicə olunduğu həkimin və müstəntiqin arayışına görə rəy verəcəm.On gün sonra isə ,Leyla xanımın iki körpə uşagı olduğundan müalicəsi tam bitməmiş xəstəxanadan çıxmaq məcburuyyətində qalmışdır.O xəstəxanadan çıxdıqdan sonra isə Rauf Xəlilov xəstənin hələdə bədənindəki qançırların izi və başında qoyulmuş tikişin izi getmədən verdiyi ekspertizanın rəyində izi olduğu kimi qalmasına baxmayaraq, rəydə xəstəyə yüngül xəsarət göstərmişdir.Şəkildən yəqin ki ,aidiyatı qurumlar və oxucularımız görəcəklər ki, bir xanıma göstərilən şiddətdən sonra ekspertiza tərəfdən bele yüngül rəy yazılır .Döyən şəxs isə on –on beş gün ərzində Leyla xanımın valideyinlərini nə və özünə hər gün ən azı 60-70 dəfə hayasızcasına telefon zəngləri ilə hədələmiş terbiyesiz söyünclərlə təhqir etmiş,və -"ya mənim ailəmi gətirin evimə qoyun ya da ,mənim arxamı bilirsiniz gəlib sizi də qızınızdan beter edib ailəmi evimə gətirəcəm .Və elədə edib .Kimsə qorxusundan cınqırını bele çəkə bilməyib.O günlər ərzində onun hərəkətləri ilə əlaqədar ,valideyinlər tərəfindən polisə müracciət olunsada Şamayev Məmməd Hüseyin oğluna bu hərəkətləri barədə polis tərəfinndən ona xəbərdarlıq bele etməyiblər ki, bu hərəkətlərini dayandırsın. Leyla xanımın döyülmüş foto şəkillərini isə hörmətli oxucu sizə təqdim edirik.
Qarşı tərəfidə dinləməyə və dərc etməyə hazırıq.
Neymət Novruzlu.