AXCP sədrliyinə eks namizəd Sahib Kərimli mətbuata verdiyi açıqlamasında bildirib ki, Azərbaycan müxalifətinin kitabı yoxdur.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında Sahib Kərimlinin dediklərinə münasibət bildirib:
"Müxalifəti kitabsız adlandıranların özlərinin kitabı yoxdur. Bir vaxtlar Əli Kərimlinin yanında olan bu şəxs indi ona qarşı fikirlər səsləndirir. Bu bir daha mənim bu günə qədər onlar haqda dediklərimin doğru olduğunu isbatlayır. Pulu bölə bilmədiklərinə görə indi düşmən olublar. Bax havayıdan gələn pul belə şeydir. İnsanlar onun üstündə bir-bir ilə düşmən olur. Bizim partiya isə çox ağır iqtisadi şərtlər altında öz monolitliyini qoruyub saxıayıb. Partiyamızın yüz minlərlə üzvü var kim deyə bilər ki, nəvaxtsa partiyamızda istefa olub ya da kimsə sədrə, rəhbərliyə qarşı çıxıb? Təbii ki, bizdə belə şey olmayıb. Amma özlərini ana, ata müxalifət adlandıranlar baxın, gündə bir üzvləri istefa verir. AXCP adlı o qədər partiya yaranıb ki, adam bilmir kim kimdir. Biz isə sivil yolla müxalifliyimizi sürdürürük. Bizim kitabımız da, konsepsiyamız da var. Müxalifətə böhtan atmasınlar. Kitsbsız kimdir onun adını çəksinlər. Biz partiya olaraq hökumətdəki korrupsionerlərə qarşı mübarizə aparırıq. Dövlətlə hökuməti səhv salanlar bunu bilməlidir. Dövlətimizin atributu isə qardaşım İlham Əliyevdir. Biz hər zaman onun yanındayıq. Özlərini müxalifət adlandıranlar niyə Qarabağ məsələsində bir dəfə də olsun prezidentin yanında olduqları barədə açıqlama verməyiblər? Niyə bu şəxslər korrupsioner məmurların işlərindən azad olunması məsələsini qabartmırlar. Hamısı prezidenti haqsız yerə tənqid edirlər. Ölkədə demokratik mühit var biz ondan istifadə edərək mübarizəmizi davam etdirəcəyik. Kimsə xaricdən gizli qrant alıb prezidenti şərləyəcəksə əlbəttə həbs olunacaq. Kimsə Gürcüstana gedib Fərman Ceyranovla vəkil Abediklə görüşəcəksə əlbəttə bunlar barədə tədbir görüləcək. Mən düşünürəm ki, Kərimlinin fikirləri mənasızdır, o danışanda fikirlərini korrektə etməlidir. Düzdür, onun belə danışmağında təəccüblü heç nə yoxdur. Tərbiyə aldığı , bir vaxtlar liderim dediyi şəxsi hamı yaxşı tanıyır. Bu insanların kitabı yoxdur . Çünki bunların kitab yazmaları üçün qələmləri olmalıdır. Qələmlərini də mən sındırmışam. Xalq belə qüvvələri artıq real müxalifət hesab etmir.Müxalifətə qoşulub ölkədəki özbaşnslıqlara, haqsızlıqlara qarşı mübarizə aparmaq istəyən hər kəsi partiyamıza dəvət edirəm"