Şəfəqə Doğru » Manşet » Ağdam sakini həyətində zəhərli ilanlar saxlayır - Video

Ağdam sakini həyətində zəhərli ilanlar saxlayır - Video

Ağdam sakini həyətində zəhərli ilanlar saxlayır - Video

Ağdam sakini Mirhəsən Abduyev 40 ildən çoxdur ki, həyatyanı sahəsində ilan saxlayır

 


"ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, Ağdamın Quzanlı qəsəbə sakini 55 yaşlı Mirhəsən kişi 12 ildir ki, ilan saxladığını bildirir. Uşaqlıqdan bu işə həvəs göstərən kişinin indiyə kimi 27 gürzəsi olub. Sonralar həmin ilanları dağlıq əraziyə buraxıb. İki gün sonra həmin canlılardan biri geriyə qayıdıb.

"Xoşlamıram çox uzaqlaşsınlar. Gəzintiyə çıxanda dururam yanlarında. Çünki getsə, səhər qayıdıb gələcək. Özü üçün fırlanır, görünməməyi çox təhlükəlidir. İlan zəhərinin dadı turşdur", - Mirhəsən Abduyev deyir.

Uzunluğu 2 metr olan ilanları xüsusi qaydada qidalandırır. Ölmüş quşların cəsədlərini yedirir. Tez-tez ilanın zəhərini çıxarır.

Bu həyətdə Qafqaz gürzəsi ilə yanaşı, qızıl ilana da rast gəlmək mümkündür. Onun zəhəri olmasa da, dişləyə bilir.

Mirhəsən kişi evdə olmayanda ilanları qohumlarına həvalə edir. O, sürülərə bağlandığını deyir.