Şəfəqə Doğru » Manşet » Masallı daha bir şəhid verdi

Masallı daha bir şəhid verdi

Masallı daha bir şəhid verdi
Firdovsi Bağırzadə Ağdərə cəbhəsində düşmən gülləsinə tuş gəlib 

Masallı rayonu son Qarabağ döyüşlərində daha bir şəhid verib. JAM.AZ xəbər verir ki, aprelin 2-dən 3-nə keçən gecə Ağdərə cəbhəsində gedən döyüşlərdə şəhid düşən əsgərimiz Bağırzadə Firdovsi Əliş oğludur. 

Masallı rayonunun Güllütəpə kəndində doğulmuş Şəhid Firdovsi Bağırov bu ilin yayında hərbi xidmətə çağırılıb. O, Tərtərdəki hərbi birləşmələrimizdə qulluq edib. 

Shafaqadoru.com JAM.AZ -a istinaden xəbər verir ki, şəhid bu gün səhər saat 09:00-da doğulduğu Güllütəpə kəndində dəfn olunacaq. Allah rəhmət eləsin!