Martın 27-də Qafqaznews.az-a saytında "Gömrük polkovnikini fırıldaqçı ilə birləşdirən nədir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə də qeyd olunmuşdu ki, redaksiyaya adı 265 min manatlıq fırıldaqda hallanan Zöhrab Zülfi oğlu Əliyevin Gömrük Komitəsinin polkovniki Miryunis İsayevin yaxın qohumu olduğu barədə məlumat daxil olub. M.İsayevin isə özqohumunu "xilas” edəcəyi ehtimalı da oxucuların diqqətinə çatdırılmışdı. Ötən yazımızda Zöhrab Əliyevin yaxın qohumu olan Miryunis İsayevin gömrük polkovniki olması və onun bahalı avtomobil kolleksiyası olduğundan söz açmışdıq.
Və oxucularmıza söz vermişdik ki, gələn yazımızda Gömrük polkovnikinin avtomobil kolleksiyasına öz yazımızda geniş yer ayıracağıq. Əldə etdiyimiz məlumata görə Miryunis İsayev 10 -CA- 500 dövlət nömrə nişanlı qara rəngli "Mercedes” S klass 500 markalı, qiyməti 300 min dollar dəyərində olan avtomobili əldə edib. Düzdür, o məmur olduğu üçün avtomobili başqa bir şəxsin adına sənədləşdirilsə də həmin avtomobilə oğlu- İsayev Cavid Miryunis oğlunun adına etibarnamə verilib. Əldə etdiyimiz məlumata görə axşamlar işdən sonra hətta gömrük polkovniki harasa istirahət etməyə gedərəkən belə, bu avtomobilə onun etibarnaməsi olmasa da, özü idarə edir. Avtomobil hər axşam onun Xətai metrostansiyasının arxasında, yaşadığı binanın altındakı qarajda saxlanılır.
Sual yaranır: Aylıq maaşı 1000 manat civarında olan bir məmurun 300 min dollar pulu hardandır ki, axırıncı model S klass 500 markalı avtomobildə gəzir?! Qeyd edək ki, İsayev Miryunis Muxtar oğlu 265 min manatlıq qalmaqalda baş fiqur kimi keçən Əliyev Zöhrab Zülfi oğlunun dayısı oğludur. Biz məsələ ilə bağlı, hələ iki gün Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxladıq. O Miryunis İsayevi tanımadığını və onun haqqında məlumat əldə edib tezliklə bizə bildirəcəyini dedi. Lakin hələ də bir nəticə yoxdur, dəfələrlə etdiyimiz zənglər isə cavabsız qalıb.
Araşdırmamız davam edir, bizi izləyin.