Nəm salfetlərdən istifadə etdikdən sonra hökmən əllərinizi yuyun.
Bunu Türkiyə "19 May” Universitetinin akademiki,professor İsmayıl Gömrükçüoğlu deyib.
Akademik nəm salfetlərdə kimyəvi məhlullardan istifadə olunduğunu,bunun isə insan dərisi üçün zərərli olduğunu deyib.
"Nəm salfetləri sıxanda maye axır bu mayelərin tərkibi kimyəvidir.
Belə salfetlərdən çox istifadə olunduğu vaxt bu kimyəvi mayelər əldə və dəridə yığılır və qida vasitəsilə bədənə daxil olur”
Professor uzun müddət bədənə daxil olan kimyəvi mayelərin gələcəkdə fəsadlar yaratdığını bildirib.
Akademik əlləri təmizləməyin ən yaxşı yolunun sabun və sudan istifadə edərək əlləri yumaq olduğunu vurğulayıb.
İsmayıl Gömrükçüoğlu nəm salfetlərdən körpələrin bezlərinin dəyisdirilməsi vaxtı istifadə etməyi də məsləhət görmür.Xüsusilə bu vaxt kimyəvi mayelərin asanlıqla vücuda daxil olduğunu deyən akademik bunun öldürücü olmadığını, amma körpələrdə narahatlığa səbəb olacağını bildirib.
Tələbin çox olması səbəbilə nəm salfet istehsalında çoxalma müşahidə olunur.
Professor İ.Gömrükçüoğlu zərurət vaxtı sadəcə standartlara uyğun məhsullardan istifadə etməyi məsləhət görür.