Şəfəqə Doğru » Manşet » Saakaşvili parlamentin qarşısında çadır qurdu, gecəni orada keçirdi - VİDEO

Saakaşvili parlamentin qarşısında çadır qurdu, gecəni orada keçirdi - VİDEO

Saakaşvili parlamentin qarşısında çadır qurdu, gecəni orada keçirdi - VİDEO
Odessanın sabiq-qubernatoru Mixail Saakaşvili Ali Radanın qarşısında şam eləmək və isinmək üçün çadır qurdu, tonqal qaladı.

Siyasətçi bir gün əvvəl oteldəki ünvanını dəyişərək, Kiyevin mərkəzində soyuq çadıra keçib.
Saakaşvili eyni zamanda, ukraynalıları artıq yeni mitinqə dəvət edib. İstəyir ki, xalq onu deportasiyadan qorusun. Məsələ ondadır ki, Ukrayna hakimiyyəti Odessanın keçmiş rəhbərinin qaçqınlıq statusu ilə bağlı mürəciətini rədd edib. Amma o, təslim olmaq niyyətində deyil və artıq prezident Pyotr Poroşenkonun devirilməsinin planını cızır.
Siyasətçi bildirib ki, deputatlar onun bütün tələblərini yerinə yetirməyənə qədər Ali Radanın qarşısından getməyəcək. Yəni, ən azı yaxın iki həftə, çünki parlament üzvləri 7 noyabra qədər fasiləyə gediblər.