Rusiya Krım Tatar Məclisinin nümayəndələri Axtem Çiygöz və İlmi Ömərovu Türkiyəyə təhvil verib.Shafaqadogru.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib. Onun sözlərinə görə, hər iki məhbus əvvəlcə Simferopola, daha sonra isə Anapaya göndərilib, buradan isə Ankaraya aparılıb. Onun sözlərinə görə, məhbuslar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində azad edilib.
Qeyd edək ki, hər iki şəxs Krım tatarlarının önəmli nümayəndələrindən hesab edilir. Onlar Krımın Rusiya tərəfindən anneksiyasından bir müddət sonra həbs olunmuşdular.