Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşlərindən savayı dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli formatda görüş də nəzərdə tutulub.
Shafaqadogru.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının "Şimal-Cənub" nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsini müzakirə edəcəklərini bildirib.
Gündəlikdə həmçinin kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının üçüncü ölkəyə göndərilməsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, eləcədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirəsi dayanır.