Şəfəqə Doğru » Manşet » DEPUTATDAN BANKLARLA BAĞLI HƏYƏCANLI ÇAĞIRIŞ

DEPUTATDAN BANKLARLA BAĞLI HƏYƏCANLI ÇAĞIRIŞ

DEPUTATDAN BANKLARLA BAĞLI HƏYƏCANLI ÇAĞIRIŞ
"Azərbaycan ordusunun təməlində Azərbaycan iqtisdadiyyatı, prezidentin diqqəti dayanır. Biz ordumuzun daha da güclü olmasını istəyiriksə, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində dövlət başçısının qərarlarını, sərəncamlarının icra olunmasına çalışmalıyq”. Deputat Vahid Əhmədov bu fikirləri parlamentdəki müzakirələr zamanı deyib.
 
Shafaqadogru.com xəbər verir ki, deputat ölkənin bank sistemi ilə bağlı narahatlığını dilə gətirib: "Bu gün ölkənin bank sistemi iflic haldadır. Bu gün kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir. Ancaq kənd təsərrüfatının inkişafında maliyyə amili mühüm yer tutur. Hazırda banklarda maliyyənin 83 faizi dollarladır. Manatla əməliyyatlar demək olar ki, həyata keçirilmir. Mən payız sessiyasında təklif etmişdim ki, gəlin bank rəhbərlərini Milli Məclisə dəvət edək, onlarla müzakirə aparaq!”
 
V.Əhmədov təhlükənin qarşısını almağa çağırdı: "Əgər biz qısa müddətdə bank sistemində ciddi islahatlar həyata keçirə bilməsək, bank sistemində çox ağır vəziyyət yaranacaq. Banklar əhaliyə kredit verməlidir. Amma əhali hətta 5-10 min manatlıq əmanətlərini də banklardan götürə bilmir. Bir daha təklif edirəm ki, bankların rəhbərlərini Milli Məclisə dəvət edək, ciddi müzakirələr aparaq”.