Şəfəqə Doğru » Manşet » ERMƏNİSTAN SÜRƏTLƏ BOŞALIR

ERMƏNİSTAN SÜRƏTLƏ BOŞALIR

ERMƏNİSTAN SÜRƏTLƏ BOŞALIR
Keçən il Ermənistandan rəsmi qeydiyyatda olan insanların sayı 12 min azalıb. ANS PRESS-in məlumatına görə, bunu BMT-nin əhali fondunun (UNFPA) Ermənistan ofisinin rəhbəri Qarik Hayrapetyan açıqlayıb. Onun sözlərinə görə, 1 yanvar 2016-cı il tarixdə Ermənistandan rəsmi qeydiyyatda 2 milyon 988,6 min adam olub ki, bu, 2015-ci ilin 1 yanvar tarixinə olan göstəricidən 12 min azdır. Amma Ermənistanın müstəqilliyini elan etdiyi 1991-ci ilin göstəricisi ilə isə qeydiyyatda olan əhali sayı 634,7 min nəfər azalıb.   1990-cı illərdə Ermənistanda ildə 81 min uşaq doğulurdı, indi bu göstərici 42 minə düşüb.   Qarik Hayrapetyanın sözlərinə görə, sovet dövrü ilə müqayisədə Ermənistanda doğum göstəricisi də iki dəfə azalıb: "1990-cı illərdə Ermənistanda ildə 81 min uşaq doğulurdı, indi bu göstərici 42 minə düşüb. Doğum əmsalı da həyəcan doğurur – 1,6-ya bərabərdir, yəni cütlük hətta özünə varis qoya bilmir”. Qeyd edək ki, millətin təkrar istehsalının təmin edilməsi üçün doğum əmsalının, yəni bir produkitiv qadına düşən uşaq sayının 2,1-dən yüxarı olması vacibdir. Sovet illərində Ermənistanda doğum əmsalı 3-ün ətrafında dəyişirdi. «Doğum göstəricisinin azalmasının bir səbəbi var, bu gün ailə başçıları ailəni maddi cəhətdən təmin edə bilmirlər»,- deyə Hayrapetyan vurğulayıb.   Ermənistan Əmək Nazirliyinin demoqrafiya şöbəsinin rəisi Vanik Babacanyan isə doğum göstəricisinin azalmasının əsas səbəbləri sırasında Qarabağ müharibəsini və miqrasiyanı göstərib. Qarik Hayrapetyan həm də bildirib ki, müstəqillik illəri sırasında Ermənistandan qocalan millətə çevrilib: "Yaşı 63-dən yüksək olan sakinlərin sayı Ermənistan əhalisinin 12,6%-ni təşkil edir. "Qocalmış millət” anlayışını təyin edən yuxarı hədd 13%-dir”. Onun sözlərinə görə, 2050-ci ildə Ermənistanda yaşı 65-dən yüksək olanlar əhalinin 25-27%-ni təşkil edəcək. Bu isə bu ölkə üçün sosial təminat sahəsində ciddi problemlər yaradacaq. Əslində, Ermənistanda əhalinin azalmasının siyasi səbəbləri də var. Statistikaya baxdıqda, Ermənistan əhalisinin sayı 1995-2008-ci illərdə cüzi azalma ilə 3,2 milyon ətrafında dəyişib. Amma 2008-ci ildən sonra azalma sürətlənib. Bu, «Qarabağ» klanının təmsilçisi Robert Koçaryanın hakimiyyəti öz klan yoldaşı Serj Sarkisyana verməsindən sonra İrəvanda baş vermiş qanlı hadisələrlə bağlıdır.   Həmin il martın 1-də İrəvanda Serj Sarkisyanın seçki pozuntusunun yardımı ilə hakimiyyətə gəlməsinə etiraz edən nümayişçilərə atəş açılmışdı və 8 nəfər nümayişçi həlak olmuşdu. Ondan sonra Ermənistandan böyük köç başlamışdı. Erməni diaspora təşkilatlarının məlumatına görə, hazırda Ermənistanda real olaraq 1,4 milyon adam yaşayır. Ölkədə qeydiyyatda olan vətəndaşların təxminən 1.4 milyonu isə müxtəlif ölkələrdə əmək miqrantı kimi çalışır ki, bunların 600 minə qədəri Rusiyanın payına düşür.