Şəfəqə Doğru » Manşet » Ölkədə fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

Ölkədə fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

Ölkədə fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

Bu ilin 10 ayı ərzində sağlamlıq imkanları məhdud uşaq statusu verilmiş şəxslərin 15%-ini fiziki qüsurla doğulan uşaqlar təşkil edib”

 


"APA-Economics” xəbər verir ki, bunu əmək və əhalini sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

"Bu ilin 10 ayı ərzində sağlamlıq imkanları məhdud uşaq statusu verilmiş uşaqların sayına baxdım və təəssüflər olsun ki, onların içində fiziki qüsurla doğulan uşaqların xüsusi çəkisi böyükdür. Söhbət təqribən 15%-dən gedir. Bu dövr ərzində 538 fiziki qüsurlu uşaq doğulub. Bu, onunla əlaqədardır ki, qohumluq əlaqələri ilə evlənmələrin sayı hələ də çoxdur. Bundan başqa, erkən yaşda nikaha girən qızların sayı çoxdur, erkən yaşda dünyaya uşaq gətirmə hallarının sayının çoxluğunu da qeyd etməliyəm”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, dövlət bu kimi hallara qarşı tədbirlər görür və görməyə davam edəcək: "Bu əsasən özünü 1 yaşına qədər olan uşaqlar arasında ölüm hallarının kəskin olaraq azalmasında göstərir. Bu da əlilliyi olan uşaqların sayının azalacağına bizim ümidlərimizi artırır”.