Bir neçə il öncə Qazaxda qalaqlanmış problemləri görmək istəməyən həmkarlarımızın gözləri elə bil təzəcə açılıb.Başa düşmürəm hansı fikirlə ,hansı əqidəylə yaşayırlar.Yaxşıya-yaxşı ,pisə -pis deməyi yaxşı bacarmırlar.Dögrudur bir az əvvəl Qazaxda daşı-daş üsdə qoyan tapılmırdı.Sahibkarlığın inkişafına ögey münasibət var idi.
Son iki il müddətində demək olar ki,Qazax inkişaf dövrünü yaşayır.Qeyri neft sektorunun inkişafına xüsusi diqqət yetirməkdədir.Bir çox sosial və digər problemlər həllini tapmışdır.
R.Babaşov Qazağa İH-nin başçısı təyin olunandan ölkə rəhbərinin tapşırığ və göstərişlərini canla-başla yerinə yetirir.Bu da xalqı dövləti sevməyin təzahürüdür.
Həmkarlarımın cızma-qarasında əsas məzmun qara yaxmaqdan ibarətdir.Yazırlar filankəs-filankəslə qohumdur ya da bir yerdə işləyib.Bu nə deməkdir.Hər nəsildən bircə nəfərmi işləməlidir.İşləyə-işləyə ucalmaq qəbahətdirmi .
Nöqsanlarin içtimailəşməsinin əleyhinə deyiləm .Çalışan vətəndaşlara diqqət ayıran ,xalqın yanında olan dövlət məmurlarının şəxsi həyatına müdaxilə etmək,gördüyü yaxşı işlərə kölgə salmağın bircə adı var.O ,da cızma qaralamadır.
Qazax rayonunda vüssət almış işləri görmək istəyən həmkarlarımı Qazağa dəvət edirəm .Sərhəd rayonunda hər bir iş öz axarındadır.Bu mənim tövsiyəmdir.
Vəkil Rüstəm.