İraqda İŞİD terror təşkilatının işğalından azad edilmiş ərazilərdə tapılan 100-ə yaxın azərbaycanlı qadın hələ də bu ölkədə nəzarət altındadır. İraq təhlükəsizlik qüvvələri tərəfindən nəzarətdə saxlanılan qadınların nə vaxt Azərbaycana ekstradisiya olunacağı bəlli deyil.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a deyib ki, qadınlarla bağlı məsələ İraqın hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.
İraqdakı qadınların taleyi
"Hazırda həmin qadınlar İraqın təhlükəsizlik orqanlarının nəzarəti altındadır. Çünki həmin qadınların əksəriyyətinin həyat yoldaşı silahlı qruplaşmaların tərkibində İraq ərazisində qeyri-qanuni fəaliyyət göstəriblər. İraqın təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində həmin zonalar azad olunub və həmin azərbaycanlı qadınlar təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüblər. Bu məsələ İraqın xüsusi orqanları tərəfindən araşdırılır”.
"Səfirliyin əməkdaşları qadınlara baş çəkir”
XİN rəsmisinin sözlərinə görə, azərbaycanlı qadınlarla bağlı ciddi faktlar mövcuddur.
Onlar Azərbaycana qayıtmaq istəyirlərmi?
Hikmət Hacıyev bildirib ki, qadınların Azərbaycana ekstradisiya olunması məsələsində hər hansısa vaxt çərçivəsini qeyd etmək doğru olmaz.
"Sadəcə, məsələ gündəmdədir. İraq hökumət orqanları bu məsələ ilə daim təmasdadır. 100-ə yaxın azərbaycanlı qadının olması barədə məlumat var. Amma hər bir fakt ayrı-ayrılıqda araşdırılır. Çünki qadınların əksəriyyətinin üzərində sənədlərin olmaması hüquq-mühafizə orqanlarının işini bir qədər çətinləşdirir. Həmin qadınların Azərbaycandan nə vaxt çıxdığını konkret demək çətindir. Ona görə də hər bir fakt araşdırılır. Onlar Azərbaycana qayıtmaq istəklərini dilə gətirirlər. Bunun üçün müəyyən qərarlar olmalıdır Sadəcə, İraq huquq-mühafizə orqanları bu məsələni nəzarətdən keçirir”.