Bakı-Tiflis -Qars dəmir yolu vasitəsi ilə yükdaşımalara artıq start verilib.
"ADY Express”dən Axar.az-a verilən məlumata görə, Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər artıq müəyyən edilib.
Qiymətlər cədvəlində hər iki ölkənin əsas şəhərləri arasında tariflər göstərilib. Ancaq "ADY Express” şirkəti "qapıdan-qapıya” yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqlini bütün şəhərlərdən həyata keçirmək mümkün olacaq.
Cədvəldə göstərilən qiymətlər hər iki istiqamətdə eynidir və tariflərə konteynerlərin ayrılması daxil deyil.
Bakı-Tiflis-Qars dəmir yolu vasitəsi ilə yüklərin nəql edilməsinə dair yük sahiblərinə əlavə informasiya və ya məsləhətlər lazım olan təqdirdə "ADY Express” şirkətinin əməkdaşları ilə əlaqə yarada bilərlər
BTQ ile yukdasimanin qiymetleri – Cedvel
22-12-2017, 16:01 708