Neftçalada qardaş qardaşı güllələyib.
Rayon ərazisində bu gecə təxminən saat 1-də ağır qəti hadisəsi baş verib.
Shafaqadogru.com Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, rayonun Mirqurbanlı kəndinin 26 yaşlı sakini Dadaş Əliyev 22 yaşlı qardaşı Fərid Əliyevi tək lüləli ov tüfəngi ilə ürək nahiyəsindən güllələyərək qətlə yetirib.
Kənd sakinlərinin bildirdiklərinə görə, hər iki qardaş subaydır, bir evdə yaşayırmışlar. Ataları Neftçala Əməliyyat Şirkətində operator işləyir. Sakit təbiətli insanlar olsalar da, evdə qardaşlar arasında son vaxtlar tez-tez mübahisə düşürmüş. Güllələnmə hadisəsi onların yaşadıqları həyətin küçə qapısında baş verib.
Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi qaldırılb, qətli törətmiş Əliyev Dadaş Cəfər oğlu saxlanılıb.